Ermənilər Kəlbəcərdəki Zod qızıl mədənini mənimsəməyə çalışırlar
Bakı/25.11.20/Turan: İnternetdə və Ermənistan KİV-lərində Kəlbəcər və Ermənistanın Vardenis rayonu arasında “sərhədin bağlanmasını” əks etdirən foto və videogörüntülər yayılıb. Ermənistan tərəfi burada yolda metal darvaza quraşdırıb və onu qırmızı rəngə boyayıb. Amma bu yer Azərbaycan və Ermənistan arasındakı real dövlət sərhədindən xeyli uzaqdadır.
Ermənilər hələ Sovet dövründə respublikalar arasındakı sərhədin keçdiyi Zod qızıl mədənini mənimsəmək üçün qəsdən sərhədi Azərbaycanın Kəlbəcər rayonu ərazisinin dərinliyinə doğru çəkiblər.
Mədənin təxminən 70%-i Azərbaycanda yerləşir və sərhədi çəkmək cəhdləri Ermənistanın 9 noyabr tarixli üçtərəfli sazişi pozması deməkdir, bu da münaqişənin bərpasına gətirib çıxara bilər.
Bu gün Azərbaycan qoşunları Kəlbəcərə daxil olublar və dövlət sərhədinə doğru irəliləyirlər. Onlar yaxın zamanda Zod yatağı ərazisində olacaqlar. -02B-
Siyasət
-
Aprelin 22-də Moskvada Rusiya və Azərbaycan prezidentləri Vladimir Putinlə İlham Əliyev arasında danışıqlar aparılacaq.
-
Milli Məclisin müzakirəsinə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklər Azərbaycan Konstitusiyasına ziddir. Bu barədə Turan agentliyinə tanınmış vəkil Fuad Ağayev inzibati xəta haqqında iş üzrə icraat zamanı aparılmış foto və ya video çəkiliş, yaxud səsyazma materiallarını barəsində inzibati icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin razılığı olmadan media subyektinə təqdim edənlərin cərimələnəcəyilə barədə düzəlişi şərh edərkən deyib. Buna görə vəzifəli şəxslər üçün 1000 manatdan 1500 manata qədər cərimə nəzərdə tutulub.
-
Bakı Fransız Liseyi öz fəaliyyətini dayandırır. Təhsil müəssisəsində bu məlumatı Turan agentliyinə təsdiqləyiblər.
-
Cümə axşamı Birləşmiş Ştatlar Gürcüstanda vətəndaş cəmiyyətinin məhdudlaşdırılması ilə bağlı mübahisəli qanunu (“Xarici agentlər haqqında” qanun) yenidən tənqid edərək, onu Qərblə münasibətləri pozan Rusiya avtoritarizminin nümunəsi adlandırıb.
Rusiya sülhməramlıları niyə gəlmişdi, niyə getdi? – Şücaət Əhmədzadə Çətin sualda
InvestPro Azerbaijan Baku & Turkiye Istanbul 2024 – two conferences in one shot
Xəbər lenti
-
- Siyasət,
- 13:03
- 244
Rəy yaz