Açiq mənbələrdən foto.

Açiq mənbələrdən foto.

Bakı/30.11.20/Turan: Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) sentyabrın 27-dən noyabrın 30-dək 1 543 minalardan təmizləmə əməliyyatı keçirib. Bu barədə agentliyin direktoru Qəzənfər Əhmədov bu gün brifinqdə məlumat verib.

Onun sözlərinə görə, 727 partlamamış döyüş sursatı, 4 330 piyada əleyhinə mina, 1 110 tank əleyhinə mina, 1 743 partlayıcı, 76 detonator, 1 393 9N235 kiçik bomba, 10 730 müxtəlif çaplı patron, 2 qaz bombası, 27 metroloji radiopelenqator, 7 dron, 1 643 partlamamış raket qəlpəsi aşkarlanıb.

Axtarış və zərərsizləşdirmə işləri davam etdirilir.

Q.Əhmədov vətəndaşları döyüş sursatlarından təmizlənməmiş ərazilərə getməməyə çağırıb. Belə ki, bu, Füzulidə tank əleyhinə minada 4 nəfərin ölümü ilə nəticələnən faciənin təkrarlanmasına səbəb ola bilər. -02D-

 

Rəy yaz

Siyasət

Taksi sayı azaldılır, bəs köhnə taksiçilər nə ilə dolanacaqlar? – Rauf Ağamirzəyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti