DTX Neftçala rayon icra hakimiyyəti başçısını və çoxsaylı vəzifəli şəxsləri saxlayıb
Bakı/21.02.20/Turan: Neftçala rayon icra hakimiyyəti baçısı İsmayıl Vəliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə faktlarına görə, icra hakimiyyətinin digər vəzifəli şəxsləri Vurğun Əkbərov, Anar Cəfərov, Vüqar Nağıyev, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov və digərləri rüşvət alma və rüşvət vermə ilə bağlı faktlara görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə şübhəli şəxs qismində saxlanılıb. Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinin məlumatında deyilir.
Məlumatda bildirilir ki, Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələrinə dair məlumatlar əsasında kompleks araşdırma tədbirləri başlanılıb.
DTX-nin məlumatına görə, toplanılmış materiallarla rayon icra hakimiyyətinin başçısı İsmayıl Vəliyevin mütəmadi olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edib təhsil, səhiyyə və digər yerli dövlət təsisatları rəhbərlərindən müxtəlif adlar altında şəxsən pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən olunub.
“Həmçinin, İsmayıl Vəliyevin şəxsən, habelə icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, tabeçiliyində olan digər vəzifəli şəxslər vasitəsi ilə rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib. İsmayıl Vəliyevin, Vurğun Əkbərovun, icra başçısının müavini Gültəkin Sadıqovanın, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərovun xidməti otaqlarına məhkəmənin qərarı əsasında keçirilən baxış zamanı müxtəlif yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, külli miqdarda pul vəsaitləri, sənədlər və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb.
Aparılan araşdırmalarla İsmayıl Vəliyev tərəfindən təmir-tikinti, abadlıq işlərinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin nağdlaşdırılaraq mənimsənildiyi, vəzifə səlahiyyətlərindən sui-istifadə edilməklə rayon ərazisində torpaq sahələrinin özbaşına tutulduğu, qanunsuz olaraq şəxsi məqsədlər üçün istifadə edildiyinə, həmin ərazilərdə qanunsuz tikinti işləri aparıldığına əsaslı şübhələr müəyyənləşib”, deyə DTX qeyd edir.
DTX rüşvət alma hallarını təsdiq edən video material da yayıb. -03D-
Siyasət
-
İstintaq təcridxanasında 8 günlük quru aclıq aksiyası Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Elnur Həsənovun sağlamlığı üçün mənfi nəticələrə səbəb olub. O, 17,5 kq arıqlayıb və onun həzm sistemində problemlər yaranıb.
-
Teleqram şəbəkəsində bu günlərdə korrupsiyaya görə həbs olunmuş Rusiya müdafiə nazirinin keçmiş müavini Timur İvanovun daşınmaz əmlakını əks etdirən video yayılıb. Bu, Tver vilayətində Volqanın sahilində bir saraydır. Əmlakın dəyəri təxminən 2 mlrd. rubldur (təxminən 22 mln. dollar). Saray klassisizm üslubunda məşhur Znamenskoe-Raek malikanəsinin eynisidir.
-
Son günlər Qazaxın Ermənistanla həmsərhəd kəndlərində əhali etiraz aksiyaları keçirərək, 90-cı illərin əvvəllərində ermənilər tərəfindən işğal olunmuş ərazilərin Azərbaycana qaytarılması prosesini pozmağa çalışır.
-
Cümə günü ictimai fəal və hüquq müdafiəçisi Bəxtiyar Hacıyevin işi üzrə məhkəmə prosesində zərərçəkmiş tərəf - jurnalist Ülviyyə Muradova (Alovlu) ifadə verib.
Avropa Parlamentinin qətnaməsi niyə qərəzli adlandırılır? - Bəşir Süleymanlı Çətin sualda
InvestPro Azerbaijan Baku & Turkiye Istanbul 2024 – two conferences in one shot
Xəbər lenti
-
- Cəmiyyət,
- 16:09
- 254
Rəy yaz