Açiq mənbələrdən foto.
Qarabağda müharibə tələb edən aksiya iştirakçıları saxlanılıb
Bakı/26.05.20/Turan: Mayın 26-da bir qrup fəal Milli Məclisin binası qarşısında “Qarabağda müharibə tələb edirik” adlı mitinq keçirməyə cəhd edib.
Aksiya iştirakçılarının bildirdiyinə görə, onlar parlamenti deputatların ölkənin maraqlarını müdafiə etməməsində günahlandırırlar.
“Ermənilər Şuşanı paytaxt elan edirlər. Bizim parlamentin 99 deputatı isə İrandan Azərbaycanın işğal olunmuş ərazilərinə körpünün çəkilməsinə razılıq verir. Buna görə də biz etiraz edirik”, - iştirakçılardan biri deyib.
Hadisə yerinə gələn polis dəstələri etiraz aksiyasının iştirakçılarını saxlayıb.
Müsavat Partiyasının üzvü İlqar Mahmud polis maşınında aparılıb. Digər 11 iştirakçı avtobusla polis bölməsinə aparılıb. Qalanları aksiya yerindən uzaqlaşdırılıb. -0-
Cəmiyyət
-
"Qanunvericiliyə əsasən, bu ilin noyabrında parlament seçkiləri olmalıdır, ancaq seçkilərin müddəti önə də çəkilə bilər". Bunu mayın 2-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Məzahir Pənahov bildirib.
-
Bakıda yaşıllıqların məhv edilməsi ictimaiyyətin narahatlığına səbəb olub, belə ki, bütün şəhər ərazisində bir neçə parkda tikinti işlərinin aparıldığı müşahidə olunub və sosial şəbəkələrdə işlərin gedişatını əks etdirən fotoşəkillər yayılıb. Maraqlıdır ki, Nərimanov rayonunda, “Dostluq” kinoteatrının yaxınlığındakı şəhidlər parkında sakinlər ağacların kəsildiyini və yüksək binaların tikintisi üçün ərazilərin hasara alındığını bildirirlər.
-
Çərşənbə axşamı Bakıda və Abşeron yarımadasında yağış yağacağı, bəzi yerlərdə intensiv xarakterli olacağı, şimşək çaxacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək.
-
Mayın 6-da Bakıda və Abşeronda buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Axşam və gecə saatlarında yağış yağacağı, şimşək çaxacağı. Şimal-qərb küləyi əsəcək.
Rəy yaz