Açiq mənbələrdən foto.

Açiq mənbələrdən foto.

Bakı/26.05.20/Turan: Bu gün Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) “Makuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı” işi üzrə qərarını elan edib.

Şikayət NATO kurslarıda erməni hərbçini öldürməkdə ittiham olunan zabit Ramil Səfərovun Macarıstandan Azərbaycana ekstradisiya edilməsi ilə bağlı olub.

AİHM hesab edib ki, Azərbaycan və Macarıstan Avropa  Konvensiyasının 2-ci (yaşamaq hüququ) pozmayıblar, Azərbaycan işə  14-cü (ayrı-seçkiliyin qadağan olunması) maddəsini  pozub.

 Strasburq məhkəməsi belə qərara gəlib ki, Azərbaycan və Macarıstan Konvensiyanın 38-ci maddəsinə (məhkəmə araşdırması) pozmayıb.

AİHM Azərbaycanın ərizəçilərə 15, 143, 33 funt strerlinq məbləğində kompensasiya ödəməsi barədə qərar çıxarıb.

İş materiallarına əsasən Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Cəbrayıl rayonunun sakini Ramil Səfərov 2004-cü ildə NATO-nun Macarıstandakı proqramı üzrə kurslarda Ermənistandan olan iştirakçı Qurgen Markaryanı öldürüb. Qətlin səbəbi sonuncu tərəfdən təhqirdir.

13 aprel 2006-cı ildə Budapeşt məhkəməsi R.Səfərovu ömürlük həbs cəzasına məhkum edib. 2012-ci ildə Macarıstan hakimiyyəti Səfərovun verilməsi ilə bağlı Azərbaycanın müraciətini təmin edib.

Erməni hərbçinin ailəsi bununla bağlı AİHM-ə şikayət göndərib. Ərizəçilər bildiriblər ki, Azərbaycan RşSəfərovu əfv etməklə Avropa Konvensiyasının 2-ci maddəsini pozub.

Onlar R.Səfərovun əfv olunmasını və xidmətdə bərpa edilməsini etnik nifrətin təzahürü hesab ediblər.

Macarıstan isə cəzanın çəkilməsinə zəmanət alınmadan R.Səfərovun verilməsində ittiham olunub.

R.Səfərov Macarıstan məhkəməsində bildirib ki, erməni hərbçi sistematik olaraq Azərbaycan bayrağını təhqir edib və onu affekt halında öldürüb.06D-

 

Rəy yaz

Siyasət

Beynəlxalq Mətbuat Azadlığı günü: Azərbaycanda azad media varmı? – Xalid Ağəliyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti