Azərbaycanlı    ermənişünas alimin Mikoyan haqqındakı kitabı ingiliscə çap edilib

Tanınmış ermənişünas alim,Türkiyənin Kayseri şəhərindəki Erciyes universitetinin professor Qafar Çaxmaqlının, 50 illik müddətdə SSRİ-nin idarəçilərindən biri olmuş Anastas Mikoyan barədə yazdığı “Anastas Mikoyan: bolşevik bir erməninin etirafları” adlı kitabı ingiliscə çapdan çıxıb.

Professor Çaxmaqlının kitabını  Ankaradakı Avrasya  İncelemeleri  Merkezi (AVİM) adlı   araşdırma   qurumu çap edib.

Kitab 2019-cu ildə AVİM tərəfindən Türkcə  çap edilmişdi.

Rusca və ermənicə mənbələr əsasında yazılmış kitabda Anastas Mikoyanın erməni milliyyətçilərinə zidd olan dünyabaxışına, daşnaklarla uyğun gəlməyən fikirlərinə geniş yer verilib.

”Anastas Mikoyan: Confessions of an Armenian Bolshevik” adlı kitabının çapdan çıxması münasibətiylə Turan agentliyinə açıqlama verən professor Qafar Çaxmaqlı deyib: “Kitabda rus və erməni dilli mətbuatda və həmçinin, Mikoyanın arxivində mövcud olan sənədlərdən istifadə edilib.Təmsil etdiyi sistemin idarəçilərindən biri olaraq, Anastas Mikoyan bəzi mühüm məsələlərdə erməni-daşnak milliyyətçilərindən fərqli mövqe nümayiş etdirib. Məsələn,Mikoyan haqlı olaraq, Türkiyədən 6 vilayət əldə edərək “Böyük Ermənistan” yaradılma xəyalını boş və mənasız hesab edib. Zəngəzurun Azərbaycanın tərkibinə verilməsi  və Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalması da Mikoyanın müdafiə etdiyi mövqedir. Mən rusca və ermənicə materialların Türkiyənin elmi ictimaiyyəti və oxucularıyla bölüşülməsinə çox əhəmiyyət verirəm.Çünki bu mənbələrə istinad etmədən obyektiv nəticələr əldə etmək mümkün deyil. Faşistlərlə  ən yaxın şəkildə əməkdaşlıq etmiş Qaregin Njde barədə əsərimi də mənbələrə əsaslanaraq yazmışdım. Bu əsərlərimlə Türkiyədə indiyə qədər formalaşmış yanlış fikirlərin də dəyişəcəyinə inandığıma  görə,araşdırmalarımı davam etdirəcəyəm”.

Dünya miqyasında tanınan ermənişünas alim Qafar Çaxmaqlı 2011-ci ildən bəri Türkiyənin Kayseri şəhərindəki Erciyes universitetində işləyir. 2016-cı ildə Universitetin Elmi Şurası tərəfindən professor elmi titulu verilən Qafar Çaxmaqlı “Erməni dilini öz-özünə öyrənmə kitabı”(272 s.) yazıb. Türkcə  10 monoqrafiyası çıxan professor Çaxmaqlı indiyə qədər Türkiyənin müxtəlif elmi araşdırma qurumlarının, QHT-lərin və bələdiyyələrin təşkil etdiyi 200-dən artıq konfransda çıxış edib. Professor Qafar Çaxmaqlı mayın 10-da Mühacirətdəki Qərbi Azərbaycan(İrəvan) Cümhuriyyətini elan edib.

 

 

Rəy yaz

Mədəniyyət

Beynəlxalq Mətbuat Azadlığı günü: Azərbaycanda azad media varmı? – Xalid Ağəliyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti