Açıq mənbələrdən foto.

Açıq mənbələrdən foto.

Böyrəyində ciddi problem olan və həftədə üç dəfə hemodializ proseduruna ehtiyacı olan Vüsal Məmmədov xəstəxanaya gedə bilmir.

Bu barədə Turana məlumat verən V.Məmmədovun sözlərinə görə, buna səbəb həftəsonu küçəyə çıxmaq qadağası ilə bağlıdır. “Mənim və həyat yoldaşımın böyrəyi xəstədir və biz həftədə üç dəfə, yəni, həftənin ikinci, dördüncü və altıncı günləri Respublika Klinik Xəstəxanasının dializ şöbəsində hemodializ alırıq. Bu həftə istirahət günlərində çölə çıxmasına qoyulmuş qadağaya görə biz xəstəxanaya çata bilmirik. Nəqliyyat işləmir və heç bir dövlət xidməti bizə yardım göstərmir”. Məmmədov qeyd edib ki, müxtəlif xidmətlərə müraciət etsələr də onlara yardım göstərilməyib. “Təcili Tibbi Yardıma, Daxili İşlər Nazirliyinin “102” xidmətinə, Fövqəladə Hallar Nazirliyinin “qaynar xətt”inə müraciət etmişik. Yardım etmirlər, imtina edirlər. Deyirlər ki, bizim ixtiyarımız yoxdur, bizim sahəmiz deyil və s. İki gün əvvəl TƏBİB-ə də məktub yazmışıq, amma cavab almamışıq. Ona görə məcbur olub Sumqayıtdan xəstəxanaya piyada gedirik. Artıq 40 dəqiqədir gün altında yol gedirik”, - o bildirib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva Turan-a bildirib ki, dializə ehtiyacı olan xəstələr şəxsi nəqliyyat vasitəsi ilə xəstəxanaya gedə bilərlər. “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Daxili İşlər Nazirliyinə məktub göndərilib və dializ xəstələri fərdi maşınları ilə xəstəxanaya gedə bilirlər. Eyni zamanda səhər Təcili Tibbi Yardım maşınları vasitəsilə dializə aparılmış xəstələr bizim təşkil etdiyimiz nəqliyyat vasitələri ilə evə qaytarılıb”, - o bildirib.

Rəy yaz

Cəmiyyət

Beynəlxalq Mətbuat Azadlığı günü: Azərbaycanda azad media varmı? – Xalid Ağəliyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti