Daha 379 nəfərdə koronavirus aşkarlanıb

​Azərbaycanda 379 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 153 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1941 və 1956-cı il təvəllüdlü iki nəfər vəfat etmişdir. 

Hazırkı dövrədək Azərbaycanda 7239 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 4024 nəfər müalicə olunaraq sağalmış, 84 nəfər vəfat etmiş, 3131 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 72 nəfərin vəziyyəti ağır, 86 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 334.863 test aparılmışdır.-0-

Rəy yaz

Cəmiyyət

Beynəlxalq Mətbuat Azadlığı günü: Azərbaycanda azad media varmı? – Xalid Ağəliyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti