msn.com

msn.com

Bakı/07.06.20/Turan: Hakimiyyətin istirahət günləri elan etdiyi sərt karantin və əhalinin total izolyasiyası şəraitində Bakıda miqyaslı dezinfeksiya işləri aparılır.

Şəhər İcra Hakimiyyətinin bildirdiyinə görə, işlər xüsusi texnika və kimyəvi maddələrdən istifadə olunmaqla Bakının mərkəzi hissəsində və ətraf qəsəbələrdə 300-dən çox əsas küçə, prospekt və yollarda aparılır.

Dezinfeksiya işlərinə kommunal xidmətlərin iki mindən artıq əməkdaşı cəlb edilib.

Dezinfeksiyaedici avadanlıqdan istifadə olunmaqla səkilər, yolların kənarları, parklar, meydanlar, ticarət obyektlərinin qarşısındakı ərazilər və insanların kütləvi toplaşdığı digər yerlər təmizlənir. 

Həmçinin dezinfeksiya tədbirləri paytaxtın mənzil-kommunal təsərrüfatının balansında olan yaşayış binalarında, həyətlərdə və döngələrdə, məişət tullantıları konteynerləri üçün meydançalarda aparılır.—06D-

 

Rəy yaz

Cəmiyyət

Beynəlxalq Mətbuat Azadlığı günü: Azərbaycanda azad media varmı? – Xalid Ağəliyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti