Açiq mənbələrdən foto.
Avropa Məhkəməsi Taleh Bağırzadə və digər 6 nəfərin şikayətini təmin edib
Bakı/04.06.20/Turan: Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) bu gün, iyunun 4-də Taleh Bağırzadə və digər 6 nəfərin şikayəti üzrə qərarını açıqlayıb. Avropa Məhkəməsinə şikayət azadlıq və toxunulmazlıq hüququnun pozuntusu iddiası (məhkəməyə qədər həbsin qanunsuzluğu) ilə bağlı olub.
Məhkəmənin qərarını şərh edən hüquqşünas Xalid Ağalıyev bildirib ki, Avropa Məhkəməsi şikayət ilə müraciət edən şəxslərin məhkəməyə qədər həbsdə qanunsuz saxlanılması qərarına gəlib.
"Bu işdə ərizəçilər Səmənd Məmmədov, Taleh Bağırov, İsmayıl Məmmədov, Eldəniz Hacıyev, Əflan Səmədov, Rəşad İbrahimov və Elxan İsgəndərov olub. Şikayətlər hökumətlə 2018-ci ildə kommunikasiya edilib. Hökumət ərizəçilərə qarşı məhkəməyə qədər həbs müddətinin uzun olmasını qəbul edib. Ərizəçilərə dəymiş ziyanı kompensasiya etməyə razı olan hökumət, təktərəfli bəyannamə təqdim edərək ərizələrin baxılacaq işlər siyahısından çıxarılmasını xahiş edib. Ərizəçilər bununla razılaşmasalar da, Avropa İnsan Hüquqları Məhkəməsi bu ərizələr üzrə araşdırmanı davam etdirməyin lazım olmadığı, şikayətlərin siyahıdan çıxarılmasının doğru olması qərarına gəlib", deyə o qeyd edib.
Qərara əsasən, Azərbaycan höküməti ərizəçilərin hər birinə 3 000 avro ödəyəcək. -0-
-
- İqtisadiyyat
- 4 İyun 2020 16:01
Siyasət
-
Aprelin 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Elnur Həsənovun cinayət işi üzrə ittiham aktı elan edilib.
-
Meclis.info saytının rəhbəri İmran Əliyev “Abzas Media” işi üzrə cinayət məsuliyyətinə cəlb edilib.
-
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti və digər dövlət orqanları Qarabağın keçmiş "dövlət naziri" Ruben Vardanyanın Bakıda həbsdə aclığa başlaması barədə erməni Ermənistan KİV-in məlumatını şərh etmir.
-
2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyilə Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib.
Rusiya sülhməramlıları niyə gəlmişdi, niyə getdi? – Şücaət Əhmədzadə Çətin sualda
InvestPro Azerbaijan Baku & Turkiye Istanbul 2024 – two conferences in one shot
Xəbər lenti
-
- Siyasət,
- 13:03
- 274
Rəy yaz