Ətraf Mühitin Mühafizəsi Gününə həsr olunmuş yeni platforma
Bakı/05.06.20/Turan: Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Aİ missiyası və BMT İnkişaf Proqramı cümə günü tullantıların emalının təşviqi üzrə yeni platforma təqdim ediblər. Aksiya Ətraf Mühitin Mühafizəsi Gününə həsr olunub.
Aİ Azərbaycandakı missiyasının məlumatında deyilir ki, “Özün yarat” adlanan platforma vətəndaşları tullantı hesab edilənləri emal etməyə və yeni əşyalar yaratmağa ruhlandıracaq. Ən yaxşı təşəbbüslər 3000, 2000, 1000 manat məbləğində mükafatlandırılacaq.
Platforma “Şərq Tərəfdaşlığı” ölkələrində “EuforClimate” regional təşəbbüsünün bir hissəsi kimi təqdim olunub.
Platforma “Dəyişiklik evdən başlayır” devizi altında fəaliyyət göstərəcək.–71D-
-
- İqtisadiyyat
- 5 İyun 2020 14:50
Siyasət
-
Azərbaycan Beynəlxalq Bankının (ABB) keçmiş sədri Cahangir Hacıyev mayın 1-dən etibarən 13 saylı cəzaçəkmə müəssisəsində aclığı davam etdirir.
-
Bazar ertəsi Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin aparatı bildirib ki, sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında mayın 6-dək 40 sərhəd dirəyi quraşdırılıb.
-
Ermənistan Alma-Atıdakı danışıqlarda Azərbaycanla regionda nəqliyyat infrastrukturunun və ticari marşrutların məhdudiyyətsiz açılması məsələsinin tənzimlənməsini müzakirə etmək niyyətindədir, bu barədə bazar ertəsi Ermənistan XİN başçısı Ararat Mirzoyan bildirib.
-
Mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində fırıldaqçılıqda ittiham olunan ictimai fəal Rail Abbasovun işi üzrə proses davam edib.
Rəy yaz