Açiq mənbələrdən foto.
Azərbaycanlı tələbələr Ukraynadan qayıda bilmirlər
Bakı/02.07.20/Turan: Ukraynada təhsil alan Azərbaycanlı tələbələr 4 aydır hava əlaqələri dayandırıldığına görə Vətənə qayıda bilmirlər.
“Pulumuz qurtarıb, kirayə pulunu verə bilmirik və küçədə qalmaq təhlükəsi ilə üz-üzəyik. Diasporamız bir neçə dəfə bizə kömək edib, amma bu, yalnız ərzaq almağa kifayət edir”, deyə tələbələrdən biri Turan-a bildirib.
Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva vəziyyəti Turan agentliyinə şərh edərkən qeyd edib ki, hökumət vətəndaşların qaytarılması üçün tədbirlər görür.
“Qonşu ölkələrdən geri qaytarma davam edir. Sırağagün Rusiyadan daha 250 nəfər quru yolu vasitəsilə keçirilib. Türkiyə timsalında xüsusi reyslər açılıb. İyulun 1-dən etibarən həm AZAL, həm Türkiyə Hava Yolları vasitəsilə həftədə dörd dəfə uçuşlar həyata keçirilir. Digər ölkələrdə olan Azərbaycan vətəndaşları Türkiyə reyslərindən tranzit kimi istifadə edə bilərlər. Digər təxliyələrlə bağlı isə nə zaman məlumat olur, onlar nə zaman reallaşdırılır, biz bu barədə ictimayyəti məlumatlandırırıq. Təbii ki, bu gün digər ölkələrdə qalan vətəndaşlarımız hələ də var və onların müxtəlif yollarla, o cümlədən digər ölkələrin ərazisindən tranzitdən istifadə etməklə geri qaytarılması yolları nəzərdən keçirilir", deyə Abdullayeva qeyd edib.
Onun sözlərinə görə, Türkiyə və Ukrayna arasında uçuş xətti açıqdırsa Ukraynada olan tələbələr Türkiyə ərazisindən tranzit olaraq istifadə etməklə bilet alıb ölkəyə qayıda bilərlər. -06D-
Cəmiyyət
-
İsti ayların gəlməsilə Azərbaycanın kənd yerlərində onilliklər boyu həll olunmayan bərk məişət tullantılarının toplanması problemi yenidən aktuallaşır.
-
Ülviyyə Fətəliyeva Yunanıstanın Rodos şəhərində keçirilən qitə birinciliyində böyüklər arasında şahmat üzrə Avropa çempionu olub.
-
Aprelin 30-da Bakıda və Abşeronda yağıntısız isti hava şəraiti davam edəcək. Cənub-şərq küləyi əsəcək, axşam şimal-qərb küləyinə gedəcək. Gündüz havanın temperaturu müsbət 25+30 dərəcəyə yüksələcək.
-
Avropa Parlamenti aprelin 25-də Avropa İttifaqını (Aİ) Azərbaycanla enerji sahəsində əməkdaşlığı dayandırmağa, gələcəkdə istənilən əməkdaşlıq barədə razılaşmanın şərti kimi bütün siyasi dustaqların azad olunması və insan haqlarının vəziyyətinin yaxşılaşdırılmasını tələb etməyə çağıran qətnamə qəbul edib.
Rəy yaz