Azercell-dən 4G MiFi cihazı və 3 aylıq 10GB internet cəmi 119 AZN-a!
Azercell yeni 4G MiFi kampaniyasına başlayıb
Ölkənin rəqəmsal həllər təqdim edən lider mobil operatoru “Azercell Telekom” MMC internet istifadəçilərini sevindirərək növbəti kampaniyaya başlayır. Kampaniya çərçivəsində müştərilər cəmi 119 AZN ödəməklə 4G MİFİ cihazına, pulsuz Data tarifində olan Fakturasız Xətt nömrəyə və 3 ay boyunca 10 GB həcmində internetə sahib olur.
Xatırladaq ki, 4G MiFi cihazları eyni zamanda 10 istifadəçiyə uzunmüddətli işləmək imkanı, sabit siqnal və sürətli internetdən yararlanmaq imkanı təqdim edir.
Kampaniya yalnız fiziki şəxs olan abunəçilər üçün nəzərdə tutulub. Cihazların sayı məhdud olduğundan bu fürsətdən faydalanmağa tələsin!
Kampaniya haqqında ətraflı məlumat üçün: https://www.azercell.com/az/personal/devices/4Gmificihazi/ səhifəsinə daxil olun.
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir. ®
-
- Cəmiyyət
- 2 İyul 2020 18:57
Cəmiyyət
-
Polis əməkdaşları tərəfindən gizli sexdə saxta spirtli içkilər hazırlayaraq satış şəbəkəsi quran dəstə üzvlərinə qarşı əməliyyat keçirilib. Nəticədə Mikayıl Abbasov və onun rəhbərlik etdiyi dəstənin üzvləri Fərid Məmmədov, Fərid Haqverdiyev, Əhməd Mikayılov, Mehman Cəfərov və Nurlan Zamanov tutulublar. Bu barədə XİN-in mətbuat xidməti bildirib.
-
Azərbaycan səhiyyə sahəsində əhəmiyyətli bir addım atmağa hazırdır, belə ki, gələn ildən onkoloji xəstəliklərin müalicəsini icbari tibbi sığorta sisteminə daxil etməyi planlaşdırır.
-
Azərbaycanın Milli Hidrometeorologiya Xidməti meteoroloji hadisələr haqqında təxminlərdə rəng şkalasından istifadə edəcək. Bu barədə qurumun nümayəndələrinin bugünki mətbuat konfransında bildirilib.
-
Azərbaycanda bu il iki seçkinin keçiriləcəyi gözlənilir. Söhbət həm parlament, həm də bələdiyyə seçkilərindən gedir. Bələdiyyə seçkilərinin öz vaxtı elə bu ildir. Azərbaycanda sonuncu parlament seçkiləri isə dörd il əvvəl növbədənkənar (altı ay vaxtından əvvəl) keçirilib. Bu, hakim düşərgədə "islahatların sürətləndirilməsi" istəyi ilə izah edilib. Hərçənd, bəzi müxalifət partiyaları onu "seçkinin tez-tələsik saxtalaşdırılması" adlandırıb. Azərbaycanda parlament seçkiləri, qanunvericiliyə əsasən, beş ildən bir keçirilməlidir.
Rəy yaz