Tofiq Yaqublu. Açiq mənbələrdən foto.
Tofiq Yaqublunun barəsində cinayət işinin ibtidai istintaqı yekunlaşıb
Баку/03.07.20/Turan: Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun cinayət işi üzrə ibtidai istintaq iyulun 2-də yekunlaşıb.
Vəkil Nemət Kərimlinin sözlərinə görə, Nizami Rayon Polis İdarəsinin müstəntiqi Ramil Əliyev Şüvəlandakı 3 saylı İstintaq Təcridxanasında bu qərarı Tofiq Yaqubluya elan edib.
Vəkillər sənədlərlə tanış olduqdan sonra iş məhkəçməyə göndəriləcək.
İyunun 24-də Bakı Apellyasiya Məhkəməsi hakim Həsən Əhmədovun sədrliyi ilə Tofiq Yaqublunun həbsdə saxlanma müddətinin uzadılmasına dair qərardan şikayətə baxıb. Məhkəmə Tofiq Yaqublunun istintaq dövründə həbs müddətinin avqustun 22-nə qədər uzadılması barədə Nizami Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Xatırladaq ki, martın 22-də Tofiq Yaqublunun park edilmiş avtomobilini vətəndaş Elxan Cəbrayılovun sükan arxasında oturduğu avtomobil vurub. Bundan sonra E.Cəbrayılov T.Yaqublu ilə münaqişə edərək onu qəzada ittiham edib.
Nizami rayon polisi CM-in 221.3-cü maddəsi (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) ilə cinayət işi qaldırıb.
T.Yaqublu və onun həmkarları baş verənləri sosial şəbəkələrdə hökuməti tənqid etdiyinə görə müxalifətçini mühakimə etmək məqsədilə təxribat adlandırıblar.
T.Yaqublu bundan öncə 2013-cü ildə İsmayıllı iğtişaşlarına təhrikçilikdə ittiham olunaraq üç il müddətinə həbs edilmişdi.
O həmçinin 2019-cu il oktyabrın 19-da Milli Şuranın razılaşdırılmamış etiraz aksiyasında iştiraka görə həbs olunub və polisdə işgəncələrə məruz qalmışdı. -03D-
Cəmiyyət
-
"Qanunvericiliyə əsasən, bu ilin noyabrında parlament seçkiləri olmalıdır, ancaq seçkilərin müddəti önə də çəkilə bilər". Bunu mayın 2-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Məzahir Pənahov bildirib.
-
Bakıda yaşıllıqların məhv edilməsi ictimaiyyətin narahatlığına səbəb olub, belə ki, bütün şəhər ərazisində bir neçə parkda tikinti işlərinin aparıldığı müşahidə olunub və sosial şəbəkələrdə işlərin gedişatını əks etdirən fotoşəkillər yayılıb. Maraqlıdır ki, Nərimanov rayonunda, “Dostluq” kinoteatrının yaxınlığındakı şəhidlər parkında sakinlər ağacların kəsildiyini və yüksək binaların tikintisi üçün ərazilərin hasara alındığını bildirirlər.
-
Çərşənbə axşamı Bakıda və Abşeron yarımadasında yağış yağacağı, bəzi yerlərdə intensiv xarakterli olacağı, şimşək çaxacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək.
-
Mayın 6-da Bakıda və Abşeronda buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Axşam və gecə saatlarında yağış yağacağı, şimşək çaxacağı. Şimal-qərb küləyi əsəcək.
Rəy yaz