Açiq mənbələrdən foto.
Pandemiya dövründə elektron imzaya maraq artıb
Bakı/03.07.20/Turan: COVİD-19 pandemiyası dövründə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Mərkəzi tərəfindən təqdim edilən elektron imzaya tələbat artıb. Bu ilin yanvar-iyun aylarında vətəndaşlara 1244, sahibkarlara 2144, hüquqi şəxslərə isə 1666 e-imza sertifikatı verilib. Ötən ilin eyni dövrü ilə müqayisədə təqdim olunan sertifikatların sayında 20 faiz artım qeydə alınıb. Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, elektron imza əldə etmək üçün müraciət edən dövlət qurumlarına 3375 e-imza sertifikatı verilib. Ümumilikdə cari ilin ilk yarımilliyində 8429 sertifikat təqdim edilib.
Nazirlik bildirir ki, pandemiya dövründə elektron imza ilə aparılan əməliyyatların sayı 6 milyondan (6.102.250) çox olub.
Qeyd edək ki, e-imzanı əldə etmək istəyən dövlət qurumları, sahibkarlar, hüquqi və fiziki şəxslər “e-imza.az” saytına daxil olmaqla onlayn sifariş verə bilirlər.
Xatırladaq ki, elektron imza rəqəmsal mühitdə hazırlanan smart kart və USB token formasında istifadə oluna bilən, elektron məntiqə uyğun işləyən şəxsiyyəti müəyyənləşdirmə və imzalama vasitəsidir. Təqlid edilməsi mümkün olmayan bu imza 3 il müddətində etibarlıdır və onun dəyişdirilməsi mümkünsüzdür. Elektron imza ilə vergi, gömrük, maliyyə, təhsil və bir çox digər sahələrdə müxtəlif xidmətlərdən faydalanmaq olur. Elektron vergi bəyannamələrinin təqdimi, gömrükdə malların və nəqliyyat vasitələrinin bəyan edilməsi, əmək müqavilələrinə dair bildirişlərin elektron qeydiyyatı, İnternet və mobil bankçılıq kimi vacib elektron xidmətlər e-imza vasitəsilə icra edilir. Bir sözlə, e-imza sertifikatı ilə bütün elektron xidmətlərdən maneəsiz və təhlükəsiz istifadə etmək mümkündür. Dövlət və qeyri-dövlət qurumları, vətəndaşlar bu xidmətdən yararlanaraq biri-birilərinə imzalanan sənədləri göndərə bilirlər.-0-
-
- Maliyyə
- 3 İyul 2020 12:48
Cəmiyyət
-
Aprelin 16-da Bakıda Semka ləqəbi ilə məşhur olan tiktoker Samir Ramazanov saxlanılıb, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb. Məhkəmənin qərarı ilə S.Ramazanov inzibati qaydada 30 gün müddətinə həbs olunub. Bir gün əvvəl 9 yaşlı tiktoker Adəmin atası Sadiq Mirzəyev də 30 gün müddətinə həbs olunub. Onlar Azərbaycanın Ağcabədi rayonunun sakinləridir.
-
Azercell və UFAZ növbəti əməkdaşlığa imza atır “Azercell Telekom” MMC-nin dəstəyi və Azərbaycan-Fransız Universitetinin təşkilatçılığı ilə həyata keçən “Techcell” hakatonunun qeydiyyatına start verildi. Azərbaycanın bütün ali təhsil müəssisələrində oxuyan tələbələri əhatə edən bu hakatonda iştirakçılar informasiya texnologiyaları, kibertəhlükəsizlik və mobil şəbəkə sahələrinə aid real tapşırıqlar üzərində işləyəcəklər.
-
Rusiya sülhməramlılarının Azərbaycan ərazilərindən çıxmağa başladığı bildirilir. Bu barədə məlumatı həm Rusiya, həm də Azərbaycan rəsmiləri təsdiqləyib. Rusiya sülhməramlılarının Qarabağda qalma müddəti gələn ilin sonlarında başa çatırdı. İndi Azərbaycanda bəzi təhlilçilər ehtimal edir ki, Rusiya vaxtından əvvəl hərbi kontingentini çəksə də, bölgədə iqtisadı varlığını daha da artırmaq istəyə bilər. Azərbaycanın 2014-cü ildə yaradılan Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlük məsələsi gündəmə gətirilə bilərmi? (AİB-ə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiya daxildir)
-
Aprelin 20-də Bakıda və Abşeronda hava dəyişkən və yağıntısız olacaq. Gündüz havanın temperaturu müsbət 24+29 dərəcəyə yüksələcək, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sinoptikləri bildiriblər.
Rəy yaz