Oqtay Gülalıyev. Açiq mənbələrdən foto.

Oqtay Gülalıyev. Açiq mənbələrdən foto.

Bakı/03.07.20/Turan: Hüquq müdafiəçisi Oqtay Gülalıyevin vəkili Fuad Ağayev və ailənin maraqlarını təmsil edən Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev iyulun 4-də Nəsimi rayonuna yeni təyin edilmiş prokuror Həsən Hənifəyevin qəbulunda olublar.

Görüşdə O.Gülalıyevin nümayəndələri istintaqın gedişi və prokurorluğun son hərəkətləri barədə məlumatlandırılıblar. Xüsusilə, O.Gülalıyevin müdafiə tərəfinin irəli sürdüyü bütün vəsatətlərin təmin edilməsi ilə bağlı tapşırıqlar verilib.

Prokuror bildirib ki, istintaq baş vermiş hadisənin tam mənzərəsinin ortaya qoyulmasında və bu iş üzrə ədalətli qərarın çıxarılmasında maraqlıdır. Bu məqsədlə növbəti addımlar atılacaq, H.Hənifəyev qeyd edib.

Mehman Əliyev qeyd edib ki, tanınmış hüquq müdafiəçisi O.Gülalıyevin işi geniş rezonans doğurub və ictimaiyyətin diqqət mərkəzindədir. Bununla əlaqədar maksimum şəffaflıq və ictimai məlumatlandırma təmin olunmalıdır ki, şayiə və insinuasiyalardan qaçmaq mümkün olsun. Hüquq-mühafizə orqanları da bunda maraqlı olmalıdırlar.

Görüşdə hüquq müdafiəçisi O.Gülalıyevin işi ilə bağlı bir sıra prosedur məsələlərə baxılıb.

Prokuror istintaqın marağı çərçivəsində O.Gülalıyevin işini aparan əməkdaşlara tapşırıb ki, bundan sonra zərərçəkmişin müdafiə tərəfi sıx kommunikasiya təmin edilsin.

Xatırladaq ki, Oqtay Gülalıyev 29 oktyabr 2019-cu il tarixində Bakının mərkəzində piyada keçidində avtomobillə vurulub. O xəstəxanaya aparılıb, lakin əməliyyat oktyabrın 31-də özəl klinikada Respublika Neyrocərrahiyyə Xəstəxanasının cərrahları tərəfindən aparılıb.

Noyabrın 5-də Heydər əliyev Fondunun dəstəyi ilə o, İstanbula “Avrasiya” klinikasına göndərilib, noyabrın 20-dən isə onun müalicəsi İstanbulda “Amerika Klinikası”nda davam etdirilir. 2019-cu il oktyabrın 29-dan koma vəziyyətindədir.05D-

 

Rəy yaz

Cəmiyyət

Beynəlxalq Mətbuat Azadlığı günü: Azərbaycanda azad media varmı? – Xalid Ağəliyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti