Daha 583 nəfərdə koronavirus aşkarlanıb
Bakı/03.07.20/Turan: Azərbaycanda 583 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 395 nəfər sağalıb və evə buraxılıb.
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Onun sözlərinə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.
İndiyədək Azərbaycanda ümumilikdə 19 267 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 10 820 nəfər müalicə olunaraq sağalıb, 235 nəfər vəfat edib, 8 212 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 137, ötən müddət ərzində isə ümumilikdə 502 965 test aparılıb.-0-
Cəmiyyət
-
İctimai fəal Elmir Abbasov mayın 7-də Bakı Şəhər Baş Polis İdarəsində "Abzas Media" işi üzrə ifadə verib. Bu barədə onun özü məlumat verib. Onun sözlərinə görə, ona verilən müəyyən sualları cavablandırıb.
-
Azərbaycanın lider telekommunikasiya şirkəti Azercell 2023-cü il üzrə ESG (ekologiya, sosial və idarəetmə) hesabatını təqdim edir Azercell media nümayəndələri və aidiyyatı tərəfdaşlar üçün təşkil etdiyi “Davamlı bağlantı üçün dayanıqlı inkişaf: Azercell-in illik ESG hesabatının təqdimatı” adlı tədbirində Dayanıqlılıq hesabatını ictimaiyyətə açıqladı.
-
Sumqayıt şəhər "Evdə" fərdi təhsil məktəbində yol verilən qanunsuzluqlarla bağlı vətəndaş müraciəti əsasında şəhər prokurorluğunda araşdırma aparılıb. Bu barədə Baş Prokurorluğun yaydığı məlumatda deyilir.
-
Mayın 10-da Qazaxıstanın Almatı şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü gözlənir. Azərbaycan tərəfi görüşün gündəliyini, hələlik, açıqlamayıb. Amma Ermənistanın Xarici İşlər Nazirliyindən (XİN) yerli mediaya bildirilib ki, gündəliyə tərəflərin öhdəliklərinin təsdiqi, eləcə də regional nəqliyyat infrastrukturu və ticarət marşrutlarının bərpası ilə bağlı məsələlər daxil edilib.
Rəy yaz