267 nəfər  reanimasiya şöbəsində müalicə alır - R.Bayramlı

Bakı/03.07.20/Turan:  Hazırda aktiv xəstələrdən 59 nəfər süni tənəffüz cihazına qoşulu vəziyyətdədir, 267 nəfər isə reanimasiya şöbəsində müalicə alır.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

O qeyd edib ki, Azərbaycanda karantin rejimi tətbiq edilməsəydi, say 3-5 qat artıq olardı. 

Rayonlarda xəstəxanaların doluluq faizi 25-30% olduğu halda, paytaxtda bu 80-90% təşkil edir. 

Bayramlının sözlərinə görə, ümumi yoluxanların 57 faizi Bakının payına düşürsə, bu göstərici Sumqayıtda  15%, Abşeronda 6%, Gəncədə isə 3% təşkil edir. "Aktiv xəstələrin 38 %-i hazırda müalicəsini ixtisaslaşmış xəstəxanalarda davam etdirir. Oğuz, Ucar, Daşkəsən, Zərdab və bir sıra ərazilərdə vəziyyət qənaətbəxş olsa da arxayınlaşmaq olmaz". 

Bayramlı əlavə edib ki, sarı zonaya daxil olan Salyan, Neftçala, Astara, İsmayıllı, Ağcabədi və Biləsuvar riskli rayonlar hesab edilir.

Bayramlı həmçinin bildirib ki, ekspertlər payız aylarına ciddi hazır aparılmasına tövsiyə edirlər. "Çünki bu zaman digər mövsümi xəstəliklər aktivləşir. Bu da COVID-19 simptomlarına oxşardır".-0-

 

Rəy yaz

Cəmiyyət

Beynəlxalq Mətbuat Azadlığı günü: Azərbaycanda azad media varmı? – Xalid Ağəliyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti