Saatlı sakinləri aksiyaya cəhd edib

Bakı/03.07.20/Turan:  İyulun 3-də Saatlı rayonun Nabatkənd, Çolpukənd və Orta Muğankənd kəndlərin bir qrup əhalisi etiraz aksiyanı keçirməyə cəhd edib. 

Aksiya iştirakçıları onlara su verilməsi tələbi ilə toplaşaraq Bakıya gedən maqistral yolunu bağlamağa çalışdılar. "Aylarla su üzünü görmürük. Nə təsərrüfatımızı sulaya bilirik, nə də özümüz su içməyə, əl-üzünü yumağa su tapa bilmirik. Yay aylarıdır, istidir. Nə qədər dözmək olar? Bizə su verilsin". 

Sakinlər bildirib ki, rayonda su problemi artıq iki ildən çoxdur başlayıb. "Saatlı və ətraf rayonların bəzi kəndlərin örüş torpaqlarını əkinçilik üçün verdilər. 100 hektar torpaq əkinçiliyə verildiyi üçün indi su çatmır. Rayona verilən suyun həcmi dəyişməyib, amma su əkinlərə görə daha çox xərclənir. Ona görə su problemi yaranıb. Son aylar isə su problemi dözülməz olub". 

Daha sonra etiraz aksiyanın iştirakçıları "Su-su!" qışqıraraq Saatlı Rayon İcra Hakimiyyətinin binasına yürüş edərək, orada aksiyanı davam etməyə cəhd göstərdilər. 

Hadisə yerinə polis qüvvələri cəlb olunub, saxlanılan olmayıb. Aksiya insidentsiz başa çatıb. 

 

Rəy yaz

Cəmiyyət

Beynəlxalq Mətbuat Azadlığı günü: Azərbaycanda azad media varmı? – Xalid Ağəliyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti