Açiq mənbələrdən foto.
Növbəti korrupsionerlər XİN-də tapılıb?
Bakı/03.07.20/Turan: Dövlət Təhlükəsizliyi Xidməti (DTX) iyulun 3-də Azərbaycan Xarici İşlər Nazirliyində xüsusi əməliyyat keçirir.
DTX-nin məlumatında deyilir ki, əməliyyat bəzi vəzifəli şəxslərin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı keçirilir.
Əməliyyat-axtarış tədbirlərinin nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.
Qanun pozuntularının məhz nədən ibarət olduğu hələ ki aydın deyil. Görünür, DTX korrupsionerlərin növbəti qrupunu üzə çıxarmaq niyyətindədir.
Xatırladaq ki, bundan öncə XİN rəhbəri KİV-də ona qarşı qarayaxma kampaniyasının aparıldığından DTX-ya şikayətlənmişdi və günahkarların məsuliyyətə cəlb olunmasını xahiş etmişdi. -02D
-
- Siyasət
- 3 İyul 2020 13:24
Siyasət
-
Kanal-13 İnternet-TV-nin həbsdə olan rəhbəri Əziz Orucovun səhhəti pisləşib, bu barədə Turan-a onun vəkili Bəhruz Bayramov bildirib.
-
Azərbaycanda parlament seçkiləri noyabrda keçirilməlidir, lakin daha erkən tarixə çəkilə bilər. Bu barədə cümə axşamı MSK sədri Məzahir Pənahov qurumun iclasında bildirib.
-
Prezident İlham Əliyev İkinci Dünya Müharibəsinin veteranlarına birdəfəlik maddi yardım ödənilməsi haqqında sərəncam imzalayıb.
-
Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Müqəddəs Pasxa bayramı münasibətilə təbrik edib.
Rəy yaz