Açiq mənbələrdən foto.
Gürcüstan və Rusiyadan vətəndaşlarının qaytarılması ilə bağlı vəziyyət barədə
Bakı/03.07.20/Turan: Gürcüstanda və Dağıstanda qalmış Azərbaycan vətəndaşları Vətənə qaytarılmaqda yaranmış çətinlikdən şikayətlənməyə davam edirlər.
Belə ki, Gürcüstanda 700-ə yaxın Azərbaycan vətəndaşı sərhəddi keçməyi gözləyir. 2-3 həftədə bir dəfə 200 nəfər buraxılır. Bununla yanaşı, Azərbaycan səfirliyi onlardan koronavirus testi üçün 110 lari ödəməyi tələb edir.
Əgər test müsbət olarsa, onları Gürcüstanda saxlayırlar, amma bəziləri müsbət testlə belə evakuasiya olunur və Azərbaycanda karantinə yerləşdirilir.
Gözləyənlər arasında ailələri Azərbaycanda olan Gürcüstan vətəndaşları da var, amma onlar gələ bilmirlər.
Dağıstana gəlincə, orada vəziyyət oxşardır-Azərbaycan vətəndaşları əvvəlkitək Qullar qəsəbəsi yaxınlığındakı çadır düşərgəsində ağır şəraitdə yaşayırlar. Onlar şikayət edirlər ki, ilk növbədə sərhəddən rüşvət verənlər keçir.
Lakin XİN mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bu iddiaları əsassız hesab edir. O, Turan-ın müxbirinə bildirib ki, Gürcüstanda olan Azərbaycan vətəndaşları “müvafiq qarafik üzrə qayıdırlar”. Bu halda, test nəticəsi mənfi olan şəxslər karantinə aparılmır.
Ailələri Azərbaycanda qalan Gürcüstan vətəndaşlarının Azərbaycana qaytarılmasına gəlincə, ilk növbədə Azərbaycan vətəndaşları ölkəyə qaytarılır. Gürcüstan vətəndaşının indiki halda Azərbaycana gətirilməsi istisna hal təşkil edə bilər.
L.Abdullayeva Dağıstanla sərhəddə qalanAzərbaycan vətəndaşlarının rüşvət alınması ilə bağlı iddiasını əsasssız sayıb: “Bunu iddia edənlər dəlilini ortaya qoymalıdır. Biz həmişə demişik ki, “evə gedirəm” portalı ilə vətəndaşlarımız qeydiyyatdan keçib, həmin o qeydiyyatdan keçməyə uyğun da ölkəyə gətirilirlər”, - o bildirib.
Eyni zamanda vətəndaşlar arasında vəziyyəti pis, xəstə, azyaşlı, ahıl olan şəxslər varsa, onların Azərbaycana daha tez qaytarılmasına üstünlük verilir. —06D-
-
- Maliyyə
- 3 İyul 2020 13:43
Siyasət
-
TURANın Vaşinqtondakı müxbiri xəbər verir ki, ABŞ dövlət katibi Entoni Blinken bazar günü Azərbaycan prezidenti Əliyev və Ermənistanın baş naziri Paşinyanla ayrı-ayrılıqda danışıb, iki ölkə arasında uzunmüddətli və layiqli sülh sazişinə doğru irəliləyişi dəstəkləyib.
-
Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidməti məlumat verir ki, cari il aprel ayının 28-də Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Qaraağac kəndi ərazisində Ermənistan tərəfindən vaxtilə atılmış hərbi sursatın partlaması nəticəsində 1951-ci il təvəllüdlü Rzayev Vilayət Həsən oğlu və 1970-ci il təvəllüdlü Əliyev Adəm Həsən oğlu həlak olub.
-
Bu gün “Toplum” İnternet televiziyasının əməkdaşı Cavid Ramazanov Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb.
-
Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfəri çərçivəsində bu ölkənin prezidenti Yakov Milatoviç ilə görüşüb.
Rəy yaz