Daha 241 nəfərdə koronavirus aşkarlanıb
Bakı/03.08.20/Turan: Azərbaycanda koronavirus infeksiyasına 241 yeni yoluxma faktı qeydə alınıb, 647 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.
İndiyədək Azərbaycanda ümumilikdə 32 684 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 27 760 nəfər müalicə olunaraq sağalıb, 468 nəfər vəfat edib, aktiv xəstə sayı 4 456 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 874, ötən müddət ərzində isə ümumilikdə 744 837 test aparılıb.-0-
Cəmiyyət
-
Mayın 22-də Bakıda və Abşeron yarımadasında hava əsasən yağıntısız keçəcək. Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 12+16, gündüz müsbət 20+25 dərəcə olacaq. Bu barədə Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Tərtər rayonunda çoban minaya düşərək həlak olub.
-
Mayın 20-də polis 46 kiloqram qanunsuz narkotik maddəni dövriyyədən çıxarıb.
-
Ölkənin ən böyük özəl telekommunikasiya şirkəti Bakcell, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin (MTK) şagirdləri ilə dinamik panel müzakirəsi keçirib. "Təhsildə innovasiya və süni intellektin rolu" adlı paneldə Bakcell-in Baş İcraçı Direktoru Klaus Müller, MTK-nın Baş İcraçı Direktoru Aygün Mikayılova və məktəbin şagirdləri iştirak edib. Tədbirin mövzusuna uyğun olaraq, müasir təhsildə innovasiya və yüksək texnologiyaların rolu barədə maraqlı mövzular haqqında danışılıb.
Rəy yaz