Mağazalar açılır, Mallar bağlı qalır

Bakı/07.08.20/Turan:  Avqusutun 10-u saat 00.00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində fəaliyyətinə icazə verilən  sahələrin siyahısı genişləndirilir. 

Bu barədə Nazirlər Kabineti yanında Operatriv Qərargah sərt karantin rejiminin yumşaldılması istiqamətində növbəti tədbirlər paketində əksini tapıb.  

Aşağıdakı sahələrin də sərt karantin rejiminin tətbiq edildiyi rayonlarda fəaliyyətinə icazə veriləcək:

- Açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi;

- Qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektələrinin və əhaliyə məişət xidmətləri göstərən obyektlərin (iri ticarət mərkəzləri istisna olmaqla) fəaliyyəti;

- maşın və avadanlıqların istehsalı;

- elektrik avadanlıqlarının istehsalı;

- kompüter, elektron və optik məhsulların istehsalı;

- avtomobil, qoşqu və yarımqoşquların istehsalı;

- sair nəqliyyat vasitələrinin istehsalı;

- poliqrafiya məhsullarının istehsalı;

- zərgərlik məmulatlarının istehsalı;

- musiqi alətləri, idman mallarının istehsalı;

- geyim istehsalı;

- toxuculuq sənayesi;

- ayaqqabıların istehsalı;

- dəri və dəri məmulatlarının istehsalı;

- tütün məmulatlarının istehsalı;

- sair sənaye məhsullarının istehsalı.-0-

 

Rəy yaz

Cəmiyyət

Taksi sayı azaldılır, bəs köhnə taksiçilər nə ilə dolanacaqlar? – Rauf Ağamirzəyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti