Açıq mənbələrdən foto
- Söz istəyirəm
- 7 Avqust 2020, 13:19
- 91
Koronavirusun Cənubi Qafqaz ölkələrində necə idarə olunur?
Koronavirusun Cənubi Qafqaz ölkələrində yayılmasının və 4 avqust 2020-ci il tarixinə olan təsirlərinin statistik təhlili göstərir ki, hazırda bu sahədə ən yaxşı vəziyyət Gürcüstandadır. 2020-ci il avqustun 1-ə olan məlumata görə, Gürcüstan əhalisinin sayı təxminən 4 milyona yaxındır, onun 284,761 nəfəri azərbaycanlılar, 168,102 nəfəri ermənilərdir. Gürcüstandan sonra Azərbaycanın vəziyyəti yaxşı görsənir. Regionda ən pis vəziyyət Ermənistandadır. Azərbaycan və Ermənistan hakimiyyəti ölkələrində koronavirusa yoluxanların sayının çox olmasını əhalinin karantin rejiminə əməl etməməsi ilə izah edirlər. Hər iki ölkə prosesi cərimələrlə tənzimləməyə çalışır, amma buna nail ola bilmir. Gürcüstan isə bu prosesi daha yaxşı edir. Mənim bu məlumatları bölüşməklə Azərbaycan və Ermənistan hakimiyyətinin xalqa iradlarına qarşı arqumentləri təqdim etmək istərdim. Sual edirəm, necə olur ki, Gürcüstanda yaşayan azərbaycanlılar və ermənilər həmin ölkədə karantin rejiminin qaydalarına və tələblərinə əməl edirlər və gürcülər bu prosesi idarə edə bilir, amma Azərbaycanda yaşayan azərbaycanlılar və Ermənistanda yaşayan ermənilər isə öz hakimiyyətlərinin eşitmir və qaydalara riayət etmir? Hesab edirəm ki, bura 3 başlıca səbəb vardır.
Birincisi, idarəetmədir, gürcü hakimiyyəti bunu azərbaycan və erməni hakimiyyətindən yaxşı bacarır.
İkincisi, hakimiyyəti inamdır, Gürcüstanda yaşayan gürcülərlə yanaşı, azərbaycanlılar da, ermənilər də hakimiyyətlərinə inanıralar, amma nə Azərbaycanda yaşayan azərbaycanlılar, nə də Ermənistanda yaşayan ermənilər öz hakimiyyətlərinə inanmırlar.
Üçüncüsü, korrupsiyadır, Azərbaycanda azərbaycanlılar, Ermənistanda da ermənilər hesab edirlər ki, istənilən qaydanın yanından rüşvətlə keçmək mümkündür. Odur ki, yaranmış vəziyyətə görə günahı xalqda deyil, hakimiyyələrdə axtarmaq lazımdır. Azərbaycanlı Gürcüstanda da azərbaycanlıdır, Azərbaycanda da, orda qaydalara əməl edir, amma burda yox. Həmçinin erməni də Gürcüstanda da ermənidir, Ermənistanda da, orda qaydalara əməl edir, Ermənistanda yox.
Göründüyü kimi səbəb etnik deyil, idarəetmənin keyfiyyətidir. Gürcüstanda idarəetmənin keyfiyyəti və hakimiyyətə inam Azərbaycan və Ermənistandan yuxarı, korrupsiyanın səviyyəsi isə aşağıdır.
Koronavirusun Cənubi Qafqaz ölkələrində statistikası, 4 avqust 2020-ci il tarixinə
Ölkələr | Əhalinin sayı, nəfərlə | Koronavirusa yoluxanların sayı, nəfələr | Sağalanların sayı, nəfərlə | Ölənlərin sayı,nəfərlə |
Azərbaycan | 10,139,177 | 32,910 | 28,348 | 473 |
Ermənistan | 2,963,243 | 39,298 | 30,372 | 768 |
Gürcüstan | 3,988,292 | 1,182 | 962 | 17 |
-
- Sual-cavab
- 7 Avqust 2020 12:58
-
- Maliyyə
- 7 Avqust 2020 13:47
Söz istəyirəm
-
Azərbaycan Dövlət Kütləvi İnformasiya vasitələri və “yalançının kor şahidi” qismində çıxış edən yandaş media erməni əsirliyində olan adamlara verilən ağır işgəncələr haqqında tez-tez heyrətləndiricü söhbətlər, əsirin şəxsiyyətinin və ləyaqətinin alçaldılması haqqında süjetlər, söhbətlər, müsahibələr verirlər.
-
Belə getsə London Yüksək Məhkəməsi böyük uyğur mütəfəkkiri Mahmud Kaşğarinin və onun təkrarsız dil abidəsi olan "Divanü Lüğat-it-Türk" əsəri üzərinə də həbs qoyacaq. Dünən oxudum ki, Mahmud Kaşqari adına Beynəlxalq Fondun təsisçiləri xalq yazıçısı Anar və Elxan Zal Qaraxanlı Fondun yeni rəhbəri kimi Milli Məclisin deputatı Cavanşir Feyziyevin namizədliyini irəli sürüblər. Cavanşir Feyziyev Mahmud Kaşqari adına Beynəlxalq Fondun yeni prezidenti oldu.
-
Mübarək Ramazan ayı şərəfinə sizə yardım və ədalət üçün müraciət edirəm. Düşmənlərimizin əməllərinin ailəmizi qaranlığa qərq etməsindən, bizi xoşbəxtlikdən, əmin-amanlıqdan məhrum etməsindən 9 il ötür. Bu gün qardaşımla birlikdə bizi sonuncu mənzilimizdən də məhrum etməyə çalışırlar. Bu hərəkət ölkəmizin qanunlarını pozmaqla yanaşı, bütün dünyada dəstəklənən fundamental mənzil hüququna da məhəl qoymur. Qeyd edək ki, sözügedən əmlak qardaşım Cahangir Hacıyevin Azərbaycan Beynəlxalq Bankında vəzifəyə başlamazdan xeyli əvvəl, 1990-cı illərdə alınıb.
-
Saxta ittiham əsasında AR CM-nin 206.3.2-ci maddəsi ilə Bakı Şəhər Baş Polis İdarəsinin təqdimatı, Bakı Şəhəri Xətai Rayon məhkəməsinin qərarı ilə mənə 09.09.1971-ci il təvəllüdlü, Sumqayıt şəhəri sakini, ali təhsilli, Turan İnformasiya Agentliyinin iqtisadiyyat redaktoru, ailəli, 3-cü qrup gözdən əlil H. Ə. Babalıya qarşı həbs qətimkan tədbiri seçilib. İttihamda əks olunan valyuta qaçaqmalçılığına daxir qurama məlumatlardan mən yalnız qanunsuz olaraq saxlanılarkən xəbər tutmuşam.
Rəy yaz