Arxiv

Arxiv

Rusiyanın öz yaxın müttəfiqinə təsirini saxlamaq imkanları daralır, çünki Belarus prezidenti Aleksandr Lukaşenkonun hakimiyyəti onun 26 illik idarəçiliyinə qarşı artan xalq etirazları fonunda zəifləyir.

Kremldə bəziləri Lukaşenkonun vəzifəsindən kənarlaşdırıla biləcəyindən ehtiyatlanır. Vəziyyətdən xəbəri olan üç nəfərin sözlərinə görə, nəticədə Rusiya Şimali Atlantika Müqaviləsi Təşkilatına qarşı  həyati əhəmiyyətli buferlə öz xüsusi münasibətlərini var gücü ilə saxlamağa çalışacaq.  Kremlə yaxın olan digər şəxsin sözlərinə görə, digərləri hesab edirlər ki, onun rəqiblərini amansızcasına yatırması əks-səmərəlidir, amma son nəticədə, yəqin ki, onu hakimiyyətdə saxlayacaq, ən azı müəyyən müddətə.

“Artıq Lukaşenkonun gələcəyinə heç kim əmin deyil”, - Kremllə məsləhətləşmələr aparan Xarici və müdafiə siyasəti Şurasının rəhbəri Fyodor Lukyanov deyib. “O, qısamüddətli perspektivdə etirazların yatırılmasında uğur qazana bilər, lakin burada böyük bir problem var”.

Bu həftə onun 9 avqust seçkilərində inamlı qələbəsi haqda bəyanatından sonra başlayan etirazlar Belarusda vüsət alana qədər - polis tərəfindən görünməmiş amansız repressiyaya baxmayaraq -  Kreml Lukaşenkonun yenidən öz idarəçilyini uzatmağa nail olacağına stavka edirdi. Sərt taktikası səbəbindən o, Qərbdən təcrid olunmuş və ardıcıl olaraq da Rusiyadan daha asılı vəziyyətə düşmüş oldu.

“Stavka”ların hecinqi

Lakin nümayişlər ölkə üzrə yayıldığından və iri dövlət müəssisələrində işin durması ilə nəticələndiyindən Kreml hər ehtimala öz stavkalarını açıq şəkildə hecinq etməyə çalışıb.

Moskvada söhbətdən xəbəri olan iki nəfərin sözlərinə görə, cümə günü Lukaşenko getmək üçün heç bir planının olmadığını bəyan edərkən onun ətrafındakı bəzi insanlar devrildikləri halda Rusiyaya qaçmalarının mümkünlüyü barədə Kremldəki əlaqələrinə məlumat veriblər. Lukaşenko hökuməti Moskvaya güzəştə gedərək 32 rusiyalını azad edib. Onlar səsvermədən öncə iştişaşları qızışdırmağı planlaşdırmaq ittihamı   ilə saxlanılmışdılar.

Lukaşenko şənbə günü Rusiya prezidenti Vladimir Putinə telefon edib və onlar əmin olduqlarını bildiriblər ki, Belarusdakı problemlər tezliklə həll ediləcək. “Əsas odur ki, iki ölkənin qarşılıqlı faydalı əməkdaşlığına zərər vurmağa çalışan destruktiv qüvvələr bu problemlərdən istifadə etməsinlər”, - Kremlin bəyanatında deyilir.

Telefon zəngindən öncə Lukaşenko televiziya çıxışında deyib ki, etirazlar “təkcə Belarus üçün deyil, Rusiya üçün də təhlükə” törədir. Həmin gün daha sonra  o, hərbi komandanlığa deyib ki, “biz ölkəni heç kimə verməyəcəyik”. Bildirib ki, böhranın həlli üçün onun hökumətinə xarici vasitəçilər lazım deyil, Belta Dövlət Xidməti xəbər verir.

Fevralda Lukaşenko ilə görüşmüş ABŞ dövlət katibi Mayk Pompeo Varşavada bildirib ki, səsvermə nə azad, nə də ədalətli olub, lakin o, yeni seçkilər və ya mümkün əlavə sanksiyalar barədə suallara cavab verməyib. Cümə günü Avropa İttifaqı səsvermənin nəticələrini rədd edib və işarə edib ki, Belarusa qarşı sanksiyalar tətbiq etməyə hazırdır.

Cümə günündən başlayaraq, təhlükəsizlik qüvvələri əsasən kənarda qalıblar, çünki etirazlar artıb. Hakimiyyət, görünür, gərginliyi azaltmaq üçün saxlanılanları azad edib. Amma Lukaşenko televiziya şərhlərində təkrarlayıb ki, etirazlara “kriminal keçmişi” olan xaricilər tərəfindən təhrik edilib və vətəndaşlara deyib ki, “biz asayişi bərqərar edənə qədər” küçələrə çıxmayın.

Lukaşenko uzun müddət xoşagəlməz müttəfiq olub, Moskvanın daha sıx iqtisadi və siyasi ittifaq, ABŞ, Avropa və Çin ilə əlaqələrin qurulması səylərinə  müqavimət göstərib. Lakin son nəticədə o, Rusiya üçün onun Avropa sərhəddi boyunca Qərbin maraqlarına daimi qəsblərə qarşı etibarlı dayağa çevrildi. Moskva əvvəllər onun opponentlərinə qarşı repressiyalarına dözürdü, lakin müxalifətin miqyası və zorakılıq bu dəfə bəzi rusiyalı rəsmiləri danışmağa vadar etdi.

“Lukaşenko ilə əhalinin əksəriyyəti arasında soyuq müharibə gedir, onlar küçələrdə olmasa da, etirazçılara və ya altıncı prezidentlik müddətinə qarşı itaəkar taktikadan narazıdır”, - hakim  Vahid Rusiya Partiyasından yüksək vəzifəli deputat Konstantin Zatulin səsvermənin nəticələrini saxtalaşdırılmış elan edərkən deyib.

Rusiya və NATO-nun üç üzvü arasında sıxılmış Belarus əsas müttəfiq olaraq qalır, lakin “Minsk və Moskva arasında praktiki olaraq etibar yoxdur”, - o bildirib.

Rusiya göstərdi ki, öz müttəfiqləri arasında inqilablara daha dözümlü münasibət sərgiləyə bilər, belə ki, 2018-ci ildə Ermənistanda etirazlar Moskvaya dost liderin devrilməsinə gətirib çıxardı. Kreml cəld yeni hökumətlə əlaqələr qurmağa başladı.

“Təngə gəldik”

Lakin Belarusda stavkalar daha yüksəkdir. Moskva Lukaşenkodan “cana doyub”, amma onu yerində saxlamağa üstünlük verərdi, çünki istənilən alternativ lider, ehtimal ki, Qərblə daha sıx əlaqələr axtaracaq, Kreml ilə məsləhətləşmələr aparan araşdırmaçı qrupdan Lukyanov deyib.   

Lukaşenkonu istefa verməyə çağıran Belarus müxalifəti Rusiya ilə sıx əlaqələrə çağırır, lakin həm də Qərblə əlaqələri dəstəkləyir. Seçkidə öz qələbəsini bəyan edən müxalifətin namizədi Svetlana Tixanovskaya bu həftə Minskdə bir neçə saat saxlanıldıqdan sonra antirusiya mövqeyi ilə məlum olan Litvaya qaçıb.

Bununla belə, Rusiyada bəziləri güzəştə gedir. Minskdə anadan olmuş rusiyalı maqnat, gübrə istehsalı ilə məşğul olan Dmitri Mazepin cümə günü Belarusda Milli Qurtuluş Komitəsinin yaradılmasına və Lukaşenkonu müxalifətlə danışıqlara çağırıb.

“Rusiya dəhşətli vəziyyətə düşüb”, - Kremlin siyasi məsləhətçisi Sergey Markov cümə günü Facebook-da yazıb. “Rusiyaya yaxın ölkədə rusofobiya çevrilişini düşmən qüvvələr həyata keçirirlər”.

Rusiya elitasının bəzi nümayəndələri 2014-cü ildə qoşunların Ukraynaya yerləşdirilməsi analogiyası üzrə hərbi müdaxiləyə çağırıblar, lakin Zatulin deyib ki, bu, “monumental axmaqlıq” olardı.

Kremlin keçmiş məsləhətçisi Gleb Pavlovski deyib ki, Putin Lukaşenkoya hərbi yardım göstərmək istəmir, çünki bu, Belarusda antirusiya əhval-ruhiyyəsini qışızdıra bilərdi və çox riskli olardı. Lakin elita parçalanarsa, Rusiya təhlükəsizlik isteblişmentindəki ünsürlər tərəfindən onun qovulmasına yaşıl işıq yandıra bilər.

 “Lukaşenko artıq Belarusa nəzarət etmir, o, yalnız təhlükəsizlik qüvvələrinə nəzarət edir, amma onlar loyal qalacaqlarmı? Aydın deyil”, - o deyib. “Bütün bunlar Putinin başağrısıdır”.

 

Rəy yaz

Dünyada

Quru sərhədləri, narkotacirlər, parkinq qiymətləri... - Natiq Cəfərli Çətin sualda



InvestPro Azerbaijan Baku & Turkiye Istanbul 2024 – two conferences in one shot


Əziz Bakı şəhəri sakini!

Siz də Qlobal İqlim Dəyişmələri ilə mübarizəyə öz töhfənizi verə bilərsiniz

Dear resident of Baku city!

You too can contribute to the fight against Global Climate Change

Дорогой житель города Баку!

Вы тоже можете внести свой вклад в борьбу с глобальным изменением климата

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti