Ordu oyunları və hərbi oyunlar

***

Moskva, 23 avqust. Bakıya səfəri ərəfəsində Şoyqu “ArMİ-2020” VI Beynəlxalq Ordu Oyunları çərçivəsində Ermənistanın müdafiə naziri David Tonoyanı qəbul edib. Amma RF-nin Müdafiə Nazirliyinin məlumatına görə, görüşün çərçivələri heç də oyunlarla məhdudlaşmayıb. Tərəflər regional təhlükəsizlik və ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər. Tonoyan həmkarına iyuldakı döyüş əməliyyatlarından sonra regiondakı hərbi-siyasi vəziyyət, habelə Ermənistan-Azərbaycan dövlət sərhədində və təmas xəttində əməliyyat vəziyyəti haqqında məlumat verib.

Görüşdə Tonoyan qeyd edib ki, “bəzi ölkələrin təcavüzkar ritorikası və hərbi addımları regionun hərbiləşməsinə və sabitliyin pozulmasına” yönəlib. Məlumatda Tonoyanın Şoyqu ilə hansı ölkələr haqqında danışdığı bildirilmir. Amma Tonoyanın Moskvaya səfərindən əvvəl prezident Armen Sarkisyan Suriyanın Al-Azmenah nəşrinə müsahibəsində bildirib ki, “söhbət ilk növbədə Türkiyənin təcavüzkar ritorikasından gedir. Bu ölkə Ermənistanın ünvanına beynəlxalq münasibətlərə yaraşmayan leksikondan istifadə edir... İkinci aspekt Ermənistanı regiondakı, xüsusən də Azərbaycan ərazisindəki beynəlxalq energetika infrastrukturu üçün təhdid kimi göstərməyə çalışan Azərbaycandır”.

Öz növbəsində, Şoyqu bütün ölkələr tərəfindən sabitliyin möhkəmlənməsinə yönəlmiş addımların əhəmiyyətini vurğulayıb. Nazirlər Ermənistan-Rusiya münasibətlərinin strateji xarakterini qeyd edərək, bundan sonrakı hərbi əməkdaşlığı müzakirə ediblər və razılaşma əldə ediblər.

Bakı, 25 avqust. Azərbaycan prezidenti İlham Əliyevin “Zaqulba” iqamətgahında 12-14 iyul Tovuz döyüşlərindən sonra Yerevana aviasiya ilə 400 ton hərbi təyinatlı yük göndərilməsi ilə bağlı ölkəsinə bəraət qazandırmağa çalışıb. Rusiya naziri onların “sosial” təyinatlı olduğunu və RF-nin Ermənistandakı 102-ci bazasına ünvanlandığını bildirib. İkinci hissə isə çağırış kampaniyası idi. Bəzilərini evə qaytarmaq, bəzilərini əksinə, xidmətə göndərmək lazım idi, deyə Şoyqu Azərbaycan tərəfin Rusiyanın Ermənistana “hərbi təyinatlı 400 ton yük” göndərməsi ilə bağlı dilə gətirdiyi narahatlığa cavab olaraq bildirib.

Beləliklə, o, Azərbaycanda narazılıq doğuran və avqustun 12-də Əliyev və Putin arasında telefon söhbətinin predmeti olan göndərişlərə görə açıqlama verməyə çalışıb.

Şoyqu ilə görüş zamanı Azərbaycanın müdafiə naziri Zakir Həsənov Ermənistanın təcavüzkar siyasətinin təkcə Azərbaycanda deyil, bütün dünyada sülh, sabitlik və təhlükəsizlik üçün ciddi təhdid olduğunu qeyd edib. Ermənistan tərəfin bu yaxınlarda Tovuz rayonu istiqamətində törətdiyi təxribatlara toxunan Həsənov qeyd edib ki, onlar Azərbaycan və MDB ölkələri arasında münasibətlərin pozulmasına yönəlib.

Tonoyanla görüşdə olduğu kimi, Şoyqu Həsənovla beynəlxalq və regional təhlükəsizlik məsələlərini, hərbi əməkdaşlığın cari vəziyyətini və hərbi-texniki əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran münasibətlərin inkişaf perspektivlərini müzakirə edib.

Əlbəttə, Şoyqunun səfərinin Azərbaycanlı həmkarı ilə birlikdə açdığı “Dəniz kuboku” ilə bağlı olması ehtimalı çox azdır. RF Müdafiə Nazirliyinin gözlənilən tədbirlər xronikası Şoyqunun Tonoyan, Əliyev və Həsənovla üç təşkilata – MDB, ŞƏT və KTMT-yə üzv ölkələrin müdafiə nazirlərinin birgə iclasının gündəliyinin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı hissəsini razılaşdırmaq üçün görüşdüyü fikri yaradır. Tədbirin sentyabrda keçirilməsi planlaşdırılır. MDB Azərbaycanın tamhüquqlu üzv olduğu yeganə təşkilatdır. ŞƏT-də o, dialoq üzrə tərəfdaşdır, KTMT-də isə ümumiyyətlə yoxdur. Amma məlumdur ki, Tovuz böhranı zamanı KTMT münaqişədə öz üzvünü – Ermənistanı dəstəkləməyib və barışdırıcı münsif kimi çıxış edib.

Üç təşkilatın sentyabrda keçiriləcək birgə iclasından istifadə edərək, Moskvanın Tonoyan və Həsənov arasında konsensus əldə etmək və ən əsası, iclasda hər hansı insidentdən qaçmağa çalışacağını gözləmək olar. Şoyqunun Bakıya səfərinin məqsədi, çox güman ki, bundan ibarətdir.

Moskva, 26 avqust. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dəvət edən tərəf olan Rusiyanın XİN başçısı Sergey Lavrovla danışıqlar aparıb. Bu görüşün təşkili də müdafiə nazirlərinin sentyabr iclasında münaqişədən qaçmaq məqsədi daşıya bilərdi. Lavrov görüşdə Bayramovu sakitləşdirməyə çalışıb.

Ermənistan-Azərbaycan münaqişəsi və dinc nizamlama üzrə nəticə əldə etmək üçün mühit yaratmaq zərurəti haqqında ətraflı danışdıq, deyə Lavrov yekun mətbuat konfransında bildirib.

Rəy yaz

Analitika

Taksi sayı azaldılır, bəs köhnə taksiçilər nə ilə dolanacaqlar? – Rauf Ağamirzəyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti