Гендиректор BP Бернард Луни
Neft bahalaşsa belə, BP “qeyri-effektiv aktivləri” satmağa hazırdır – Reuters
Bakı/07.08.20/Turan: BP şirkəti, xammal neftin qiymətləri bərpa olunsa belə, öz neft-qaz aktivlərinin böyük bir hissəsini satmağa hazırlaşır, çünki bərpa olunan enerji mənbələrinə investisiya qoymaq istəyir. Bu barədə Reuters agentliyinə BP-dən eyni zamanda üç mənbə bildirib.
Mənbələrin sözlərinə görə, bu strategiya iyulda, neft şirkətinin uzunmüddətli neft qiymətləri proqnozunu 1 barrel üçün 55 dollara qədər endirməsindən qısa müddət sonra BP rəhbərliyinin görüşündə müzakirə olunub. Bu, o deməkdir ki, onun 17,5 mlrd. dollar dəyərindəki aktivləri artıq iqtisadi cəhətdən səmərəsizdir.
Amma neft qiymətləri 65-70 dollara qayıtsa belə, BP, çətin ki, bu aktivləri saxlasın, onları satmağa çalışacaq, deyə hər üç mənbə bildirib. Ancaq BP-nin yeni strategiyası öz ucuz neft-qaz aktivlərindən qurtulduqdan sonra şirkətin geriyə yolu olmayacağı deməkdir.
BP-nin baş direktoru Bernard Luninin yeni strategiyasına əsasən, 2030-cu ilə qədər şirkət neft və qaz hasilatını 40% və ya gündə 1 milyon barrel azaldacaq. Eyni zamanda, bərpa olunan enerji mənbələri sahəsində fəaliyyət genişləndiriləcək. Bu, iqlim fəallarının, investorların, bankların və bəzi hökumətlərin karbon qazı atılmasını azaltmaq üçün neft-qaz sahəsinə təzyiqi daim gücləndirməsi ilə əlaqədardır. Buna görə Avropanın neft şirkətləri istiqaməti dəyişdirir.
Luninin sözlərinə görə, BP yalnız mövcud istehsalat infrastrukturu yaxınlığında neft kəşfiyyatını davam etdirəcək, belə ki, bu neft ucuz olacaq. Amma şirkət uzaq bölgələrdə yataqların işlənməsindən imtina edəcək.
Bu həftə BP həmçinin qarşısına 25 milyard dollarlıq aktivlərini 2025-ci ilə qədər satmaq məqsədi qoyub. Reuters-in məlumatına görə, söhbət BP-nin Kanada aktivlərini və Anqola sahillərində neftli qumları satmasından gedir.
Rystad Energy-in analitiki Parul Çopra hesab edir ki, BP Anqola ilə yanaşı, Azərbaycan, Oman, Birləşmiş Ərəb Əmirlikləri və İraqı da tərk edəcək. “İraqda gəlir kifayət qədər azdır və şirkət oranı tərk etmək istərdi”, deyə o bildirib.
BP azkarbonlu enerji mənbələrinə investisiyaları 10 dəfə artıraraq, 2030-cu ilə qədər 5 mlrd. dollara çatdırmağı planlaşdırır və yeni layihələrdə 50 gigavatt enerji istehsal etmək üçün bərpa olunan enerji mənbələrinin 20 dəfə artırılmasını təmin etmək istəyir.
Amma şirkətin təxminən 50 mlrd. dollar borcu var. Buna görə bərpa olunan enerji mənbələrinə keçid, çətin ki, gəlirli olsun. Böyük neft şirkətləri adətən neftə qoyduqları investisiyaların 12%-dən 15%-nə qədər gəlir əldə etməyə çalışırlar. BP bildirib ki, bərpa olunan enerji mənbələri üçün 8%-dən 12%-ə qədər gəlir əldə etməyə çalışır. -02D-
Enerji
-
İki gün davam edən güclü qardan sonra Lənkəran, Astara, Masallı, Lerik və Yardımlı rayonlarında elektrik enerjisinin verilməsində ciddi fasilələr yaranıb, nəticədə bu bölgələrin 80%-dən çoxu elektriksiz qalıb.
-
Beynəlxalq Enerji Agentliyi (IEA) Cümə axşamı günü 2023-cü ilin dörddə bir əsrdə dünyanın ən sürətli bərpa olunan enerji sektorunun genişləndiyini elan etdi.
-
2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycandan elan edilmiş neftin ixracı 24 milyon 199 min 455,59 ton (nomenklatura Kodu 2709) təşkil edib ki, bu da 2022-ci ilin 11 ayı ilə müqayisədə 0,5% aşağıdır. İxrac olunan neftin ümumi dəyəri 15 milyard 99 milyon 942,85 min dollar (17,6% azalma) təşkil edib. 2023-cü ilin yanvar-noyabr aylarında ümumi ixrac strukturunda neftin payı 47,92% (2022-ci ilin yanvar-noyabr aylarında 50,42%) təşkil edib.
-
2023-cü ilin yanvar-oktyabr aylarında Avropa İttifaqı (Aİ) ölkələri Azərbaycandan 305,7 min ton neft məhsulları idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19,4 dəfə çoxdur. Pul baxımından neft məhsullarının idxalı 185,3 milyon avro (artım 14,1 dəfə) qiymətləndirilir.
Rəy yaz