Açiq mənbələrdən foto.

Açiq mənbələrdən foto.

Vaşinqton/ 01.08.20/Turan: ABŞ Konqresinin Nümayəndələr Palatasının Kəşfiyyat komitəsində baş ermənipərəst konqresmen cümə günü Milli Kəşfiyyat direktorunun (DNİ) Ermənistan və Azərbaycan arasındakı gərginliyə, o cümlədən tərəflərin Dağlıq Qarabağın statusuna münasibətinə qiymət verməsini nəzərdə tutan qanun layihəsi təklif edib, xəbəri TURAN-ın Vaşinqtondakı müxbiri verib.

Komitə sədri Adam Şiff bu sənədi kəşfiyyat birliyinin siyasətini müəyyən edən Kəşfiyyat haqqında Qanunun (H.R. 7856) bir hissəsi kimi təqdim edib. Sənəd qəbul edilərsə, şef Con Retkliffin Qanunun qəbulundan sonra ən gec 90 gün ərzində Qarabağ münaqişəsinin açıq və qapalı qiymətləndirməsini konqresmenlərə təqdim etməsini tələb edəcək.

Bu qiymətləndirmə aşağıdakıları ehtiva etməlidir:

- ABŞ-ın və onun tərəfdaşlarının Ermənistan-Azərbaycan regionunda strateji maraqlarının müəyyən edilməsi,

- Dağlıq Qarabağda və onun ətrafında və Ermənistan və Azərbaycan arasındakı sərhəddə 2020-ci il ərzində bütün əhəmiyyətli güc tətbiqi faktlarının təsviri, o cümlədən bu güc tətbiqinin təşəbbüskarı ilə bağlı qiymətləndirmə,

- ABŞ-ın Azərbaycana və Ermənistana hərbi yardımının qüvvələrin regional tarazlığına təsiri və bundan sonra hərbi qüvvədən istifadə ehtimalı,

- Yaxın və orta gələcəkdə regionda güc tətbiqi və ya potensial olaraq sabitliyi pozan əməllər ehtimalının qiymətləndirilməsi.

Bu qanun layihəsi qanunvericilik prosesinin birinci mərhələsindədir. Komitə gələn həftə layihəni Konqresə göndərməzdən əvvəl ona baxacaq.

Sənəd qəbul edilərsə, Senatla razılaşdırılmalıdır.

Qanun layihəsi Konqres və Senat tərəfindən eyni şəkildə qəbul edilməli, daha sonra prezident tərəfindən imzalanmalıdır, bundan sonra o, qanun olacaq. -0-

 

Rəy yaz

Siyasət

Quru sərhədləri, narkotacirlər, parkinq qiymətləri... - Natiq Cəfərli Çətin sualda



InvestPro Azerbaijan Baku & Turkiye Istanbul 2024 – two conferences in one shot


Əziz Bakı şəhəri sakini!

Siz də Qlobal İqlim Dəyişmələri ilə mübarizəyə öz töhfənizi verə bilərsiniz

Dear resident of Baku city!

You too can contribute to the fight against Global Climate Change

Дорогой житель города Баку!

Вы тоже можете внести свой вклад в борьбу с глобальным изменением климата

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti