Açiq mənbələrdən foto.
Avqustun 4-də "Respublikaçı Alternativ" Partiyasının təsis qurultayı keçiriləcək
Bakı/03.20.08/Turan: Çərşənbə axmaşı, avqustun 4-də "Respublikaçı Alternativ" (ReAl) Partiyasının təsis qurultayı keçiriləcək.
Forumun keçirilməsi üzrə təşkilat komitəsinin üzvü İlqar Məmmədovun mətbuat üçün bəyanatında deyilir ki, COVİD-19 pandemiyası ilə əlaqədar tətbiq edilmiş məhdudiyyətlər səbəbindən təsis qurultayı on-layn rejimdə keçiriləcək.
Qurultayın keçirilməsində məqsəd partiya proqramının, nizamnaməsinin qəbul edilməsi, rəhbər orqanların formalaşdırılması və təşkilatın rəsmi dövlət qeydiyyatı üçün Ədliyyə Nazirliyinə müraciət etməkdir.
Təşkilat komitəsi artıq 2019-cu ilin dekabrında və 2020-ci ilin iyununda qurultayın keçirilməsi məqsədilə yer verilməsi üçün hakimiyyətə müraciət edib, amma imtina cavabı alıb.
"Azərbaycan Konstitusiyasında və Avropa Konvensiyasında zəmanət verilmiş sərbəst toplaşmaq və birləşmək azadlığı hüquqlarımızın pozulmayacağına və off-layn rejimdə qurultayın keçirilməsinin qeyri-mümkün göründüyü bir şəraitdə qurultayın səlahiyyətli hesab ediləcəyinə və partiyanın rəsmi olaraq qeydiyyatdan keçiriləcəyinə ümid edirik", deyə Məmmədov bildirib.
O qeyd edib ki, Ədliyyə Nazirliyinin nümayəndələri də qurultaya dəvət edilib.
ZOOM-konfransın imkanları nəzərə alınmaqla, qurultayda 100-ə yaxın şəxsin iştirakı gözlənilir.
"Respublikaçı Alternativ" hərəkatı 2009-cu ildə, Azərbaycanda respublika demokratik dəyərlərinin bərqərar edilməsinə yardım məqsədilə yaradılıb.
2018-ci ildə rəsmi olaraq hərəkatın partiyaya çevrildiyi elan edilib. -06B-
-
- Siyasət
- 3 Avqust 2020 17:10
Siyasət
-
Ukrayna Prezidenti Volodimir Zelenski mayın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
-
Azərbaycanın müdafiə naziri Zakir Həsənov Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı Səlcuq Bayraktaroğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
-
Azərbaycan Xalq Cəbhəsi Partiyasının yerli fəalı İmran Qurbanov Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda saxlanılıb. Bu barədə Turan-a Azərbaycan Xalq Cəbhəsi Partiyası Naxçıvan regional sədri Yaşar Bağırsoy bildirib.
-
Mayın 21-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İranın xarici işlər naziri vəzifəsini icra edə Əli Bağeri Kani telefonla danışıblar.
Rəy yaz