Açiq mənbələrdən foto.
ABŞ Rusiyanın seçkilərə müdaxiləsi haqqında məlumatlar üçün 10 mln. dollar təklif edir
Vaşinqton/07.08.20/Turan: Vaşinqton Rusiyanı qlobal miqyasda dezinformasiya kampaniyası həyata keçirməkdə ittiham edir. Buna görə dövlət katibi Mayk Pompeo ABŞ-da noyabrda keçiriləcək prezident seçkilərinə xarici müdaxilənin qarşısını almaq üçün 10 mln. dollarlıq mükafat təklif edib.
Mükafat xarici hökumətin göstərişi ilə ABŞ-da federal seçkilərə, dövlət seçkilərinə və ya yerli seçkilərə müdaxilə üçün fəaliyyət göstərən şəxs və onun yeri haqqında məlumata görə veriləcək.
“Avtoritar hökumətlər açıq və azad informasiya mühitini manipulyasiya etmək istəyir”, deyə Dövlət Departamentinin Qlobal Qarşılıqlı Əlaqə (GEC) Mərkəzinin əlaqələndiricisi Lea Qabriel bildirib.
“Rusiya bir çox mözularda dezinformasiya və təbliğat ortaya çıxarılmasında və yayılmasında mühüm rol oynayır”, deyə Qabriel jurnalistlərə bildirib.
Proksi-saytlar böyük dezinformasiya sisteminin yalnız bir hissəsidir. Kreml öz təbliğat kanallarına böyük vəsait yatırır. Onun kəşfiyyat xidmətləri və etibarlı şəxsləri dezinformasiya üzrə qərəzli kiber-fəallıq nümayiş etdirir. Bu, xəbər saytları və ya araşdırma institutları adı altında fəaliyyət göstərən KİV-lər vasitəsilə edilir. Onların məqsədi ictimaiyyəti yanıltmaq və yalan məlumat yaymaq, demokratik norma və dəyərləri sarsıtmaqdır.
“Pekin də Rusiyadan bu metodikanı mənimsəyib, demokratik norma və institutları sarsıtmaq məqsədilə dezinformasiya və təbliğat yayılması üçün veb-saytlardan istifadə edir”, deyə o bildirib.
ABŞ hakimiyyətinin qarşıda duran noyabr seçkiləri zamanı bu təhdidlərə qarşı necə mübarizə aparacağı haqqında suala cavabda Capital Communications Group, Inc.-in həmtəsisçisi və prezidenti Akram Elias Turan-ın Vaşinqton müxbirinə bildirib ki, 2016-cı ildə keçirilmiş seçkilərdən sonra zəruri tədbirlər görülüb.
“Seçkilərin ədalətli keçirilməsinin təmin edilməsi üçün çox iş görülüb”, deyə o, Vaşinqtonda mətbuat üçün keçirilən virtual brifinqdə bildirib. -0-
-
- Enerji
- 7 Avqust 2020 11:05
Siyasət
-
İctimai fəal Abid Qafarova məxsus evinə aprelin 29-da basqı olduğu deyilir.
-
ABŞ-ın Azərbaycandakı səfirliyi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədlinin saxlanılmasına münasibət bildirib.
-
Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin yarısından çoxu 2024-cü il aprelin 29-dək yerinə yetirilib, 35 sərhəd dirəyi quraşdırılıb.
-
Anar Məmmədli saxlanılıb, araşdırma aparılır, ictimaiyyətə əlavə məlumat veriləcək. Bu barədə Turana Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əmakdaşı İbrahim Əmiraslani bildirib.
Rəy yaz