Həsənov Eldar. Açiq mənbələrdən foto.

Həsənov Eldar. Açiq mənbələrdən foto.

Bakı/ 14.08.20 /Turan: Səbail Rayon Məhkəməsinin qərarı ilə  Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri Eldar Həsənov barəsində  üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Həsənov Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) və 308-1.1 ( Dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə) maddələri ilə ittiham olunur.

Həsənov ittihamlarla razılaşmayıb.

Bu maddələrə əsasən Həsənov 7 ilədək azadlıqdan məhrum edilə bilər.

Qeyd edək ki, Həsənov avqustun 13-də tutulsa da, onun səfir vəzifəsindən geri çağırılması barədə sərəncam hələ yoxdur. 0---

*   *   *

2020 Avqust 14 (Cümə) 22:31:25

Eldar Həsənovun saxlanılması barədə

Bakı/14.08.20/Turan: Azərbaycanın Serbiya, Monteneqro və Bosna-Herseqovinadakı səfiri Eldar Həsənov avqustun 13-də həbs edilib və xəbər ölkə mediasında aparıcı yer tutub.

Məsələnin maraqlı tərəfi bu ki, həbsin motivləri, səbəbləri açıqlanmır. Bu həbsin qeyri-adiliyi ondadır ki, ilk dəfədir ki, səfir statsunda olan şəxs həbsə alınır.

Bu həbsin digər maraq doğuran tərəfi odur ki, XİN-in “divarları arasında olan” bu həbs artıq siyasi xarakter daşıya bilər. 

E.Həsənov 1995-2000-ci illərdə ölkənin baş prokuroru olub. 2001-ci ildən 2013-cü ilə kimi Azərbaycanın Rumıniyada səfiri kimi çalışıb. 2013-cü ildən isə hazırkı ölkələrdə səfir kimi fəaliyyət göstərir. 

Bu yüksək ranqda olan şəxslərin xaricə səfir göndərilməsi  siyasi sürgün kimi dəyərləndirilir.  

İndi vaxtilə rübəli keçmiş yüksək rütbəli dövlət xadimləri səfir kimi çalışırlar: Həsən Həsənov, Tamerlan Qarayev ,Vilayət Quliyev. Vaxtilə keçmiş milli təhlükəsizlik naziri  Namiq Abbasov da xaricdə səfir kimi çalışıb. Adətən belə şəxslər getdikləri yerdə oyun qaydalarına əməl edir, bəyanatla çıxış etmir, siyasi ambisiyalar nümayiş etdirmirlər.

Parlament seçkiləri ərəfəsində “Yeni Müsavat” yazırdı ki, E.Həsənov ölkəyə qayıtmaq, parlament seçkilərinə qatılmaq istəyir, amma bəzi qüvvələr onun əleyhinə çıxırlar.

2016-cı ildə “Bakı Post”a müsahibə verən E. Həsənov  deyirdi ki, çox ədalətsiz yanaşmaların şahidi olub , bütün bunlarda səbrə söykənib: “Amma bütün bunlarda mən səbrə söykənmişəm. Hər mənə daş atanın üzərinə getməmişəm. O daş mənə dəyibsə də onun ağrısına, zərbəsinə tab gətirməyi bacarmışam. Bəlkə də xoşbəxtliyim onda olub. Təmkində, səbrdə...İnsanın həyatı üçün səbr və təmkin çox vacibdir. Mən təmkinli olmasaydım, ya daş -qalaq olardım, ya da daş atan”.

Politoloq Azər Rəşidoğlu hesab edir ki, Eldar Həsənov Rusiyaya yaxın şəxsdir. Bu həbsin dövlət başçısı İlham Əliyevin Rusiya prezidentinə 12 avqust tarixili zəngilə üst-üstə düşüb. “Birmənalı olaraq E.Həsənov Rusyanın adamıdır. Bu həbslər bununla bitməyəcək, davamı da ola bilər”, - A.Rəşidoğlu bildirib.

Onun deməsinə görə E.Həsənovun Rusiya ilə əlaqələri zaman-zaman qabardlıb,  bəzən təkzib edilməyib də: “Firkimcə, bu Azərbaycan hakimiyyətindən  Rusiyaya verilən mesajdır. Bu, həm də Rusiyaya yaxın şəxslərin yaxınlarda vəzifələrini itirəcəkləri barədə mesajdır, yaxınlarda buna şahid olacağıq”.

Eyni zamanda o hesab edir ki, E.Həsənov istər müxalifətdə, istər mənsub olduğu Qarabağ klanı daxilində böyük nüfuza malikdir, mediada dayaqları var.   -0-

 

Rəy yaz

Siyasət

Taksi sayı azaldılır, bəs köhnə taksiçilər nə ilə dolanacaqlar? – Rauf Ağamirzəyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti