Ceyhun Cəfərov. Açiq mənbələrdən foto.
Kürdəmirin icra başçısı 4 ay müddətinə həbs edilib
Bakı/20.08.20/Turan: Bu gün Bakının Binəqədi Rayon Məhkəməsi Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı, ötən gün saxlanılmış Ceyhun Cəfərovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. Bu barədə avqustun 20-də günün ikinci yarısında Baş Prokurorluğun mətbuat xidməti məlumat verib.
C.Cəfərov Cinayət Məcəlləsinin 4 maddəsilə ittiham olunur: 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (rüşvət alma – təkrar törədildikdə) və 311.3.3-ci (rüşvət alma - külli miqdarda törədildikdə).
Bu maddələr üzrə onu 12 ilədək azadlıqdan məhrum olunma təhlükəsi gözləyir.
C.Cəfərov səhiyyə müəssisələrindən 137 min manat, kommunal xidmətlər kombinatından 58 min manat, təhsil işçilərindən 120 min manat, biyan istehsalı müəssisəsindən 71 min manat tələb etməkdə və rüşvət almaqda təqsirli bilinir. – 06B-
-
- Dünyada
- 20 Avqust 2020 15:00
Siyasət
-
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gəncə şəhər təşkilatının fəalı Şahin Hacıyevin qapalı həbsxanaya köçürüldüyü bildirilir.
-
Aprelin 18-də Azərbaycanın Ali Məhkəməsi Almaniyadan deportasiya edildikdən sonra həbs edilmiş fəal Pünhan Kərimlinin kassasiya şikayətini təmin etməyib.
-
Avropa İttifaqı Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması haqqında qərarı necə qiymətləndirir?
-
Aprelin 17-də Dubayda Azərbaycan və İsrailin energetika nazirlərinin görüşü keçirilib. Bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik (George Deek) X platformasındakı səhifəsində yazıb.
Rəy yaz