Açiq mənbələrdən foto.

Açiq mənbələrdən foto.

Bakı/24.08.20/Turan: ABŞ hökuməti Beynəlxalq İnkişaf Agentliyi (USAİD) və Dövlət Departamenti vasitəsilə Azərbaycana koronavirus infeksiyası pandemiyası və onun nəticələri ilə mübarizəyə 1,47 milyon dollar ayıracaq. Bu barədə ABŞ səfirliyinin press-relizində deyilir.

Hökumətə texniki yardım və məsləhət xidmətlərinin göstərilməsi, kənd təsərrüfatı və aqroturizmdə kiçik və orta müəssisələrə dəstək,  pandemiyanın yaratdığı çətinliklərin aradan qaldırılması üçün USAID-in özəl sektorda fəaliyyətinə1 mln. dollar ayrılacaq.

Daha 471 min dollar pandemiyadan zərər çəkmiş miqrantların sığınacaqlar, qidalanma və tibbi xidmətlərlə təmin olunması üçün Dövlət Departamenti tərəfindən ayrılır.

“COVİD-19 pandemiyası və onun yayılmasına qarşı mübarizədə səylər ABŞ, Azərbaycan və bütün dünyada kiçik və orta biznes üçün problemlər yaradıb. Amerika xalqından bu əlavə maliyyələşdirmə kiçik və orta biznesə, onların işçilərinə böhranı aradan qaldırmağa kömək edəcək. Biz istəyirik Azərbaycan xalqı bilsin ki, COVID-19 böhranı boyunca və onun təsirlərindən qurtarana qədər onların yanında olacayıq”,- ABŞ səfiri Li Litzenberger qeyd edib.

ABŞ, COVID-19 pandemiyasının nəticələrinin aradan qaldırılması üçün Azərbaycana  5 mln. dollardan çox vəsait ayırıb. Bu vəsait ölkə daxilində 3600-dən çox ehtiyacı olan şəxsin ərzaq və gigiyena vasitələri ilə təmin olunmasına; virusun yayılmasının qarşısını almaq və ona cavab verə bilmək üçün lazımi addımlar barədə insanların maarifləndirilməsinə; yerli xəstəxanaların işinin yaxşılaşdırılmasında kömək etmək üçün Türkiyədən 19 həkimi məsləhətçi olaraq ölkəyə gətirən uğurlu REACT-C19 layihəsinə ayrılıb.

ABŞ Azərbaycanda COVID-19 pandemiyasına cavab tədbirləri üçün Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası, Beynəlxalq Qızıl Xaç Komitəsi, Beynəlxalq Miqrasiya Təşkilatı, Azərbaycan Qızıl Aypara Cəmiyyəti və BMT Uşaq Fonduna (UNİCEF) maliyyə vəsaiti ayırıb.

COVID-19 virusunun yayılmasından bu yana ABŞ bütün dünyada pandemiya ilə mübarizəyə 20,5 milyard dollar yardım edib.-16D-

 

Rəy yaz

Siyasət

Taksi sayı azaldılır, bəs köhnə taksiçilər nə ilə dolanacaqlar? – Rauf Ağamirzəyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti