Vəfa Nağı. Açiq mənbələrdən foto.
Məhkəmə ictimai fəala qarşı işə xitam verib
Bakı/02.09.20/Turan: Neftçala rayon məhkəməsi ictimai fəal Vəfa Nağıya qarşı iddia üzrə cinayət icraatına xitam verib. Bu barədə bu gün Nağıya məhkəmədən bildiriblər.
İddianı Neftçala rayonunun Xol Qaraqaşlı bələdiyyə şurasının başçısı Əlibala Səlimov vermişdi. O, cavabdehin 147.1 (böhtan), 147.2 (ağır cinayət törədilməsi haqqında böhtan) və 148-ci (təhqir) maddələri ilə məsuliyyətə cəlb edilməsini tələb edirdi.
Təhqiqata Nağının Səlimovdan maliyyə hesabatı tələb etməsi, habelə onun bələdiyyə əmlakından istifadə zamanı sui-istifadə haqqında nəşrləri səbəb olub.
Nağı Türkiyədə müalicədə olarkən Səlimov tələsik bələdiyyə şurasının beş iclasını keçirib və iclaslarda iştirak etmədiyinə görə onun bu orqandan çıxarılması haqqında qərar qəbul edib.
Nağı bildirib ki, ona bələdiyyə şurasının qərarı verilmir ki, məhkəməyə şikayət versin.
MSK-dan bələdiyyə şurası üzvünün məhkəmə qərarı olmadan çıxarılmasının qanunsuz olduğunu bildiriblər. -03B06-
-
- Sənaye
- 2 Sentyabr 2020 14:55
-
- İqtisadiyyat
- 2 Sentyabr 2020 15:27
Cəmiyyət
-
Aprelin 25-də Bakıda və Abşeron yarımadasında yağmursuz, günəşli hava şəraiti davam edəcək. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gündüz 23-28 dərəcə təşkil edəcək.
-
Aprelin 24-də Bakıda və Abşeronda yağıntı gözlənilmir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyinə keçəcək. Gündüz havanın temperaturu müsbət 29 dərəcəyə yüksələcək.
-
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçisi, norveçli deputat Liz Kristoffersen Azərbaycanın bu quruma qayıtması üçün Nazirlər Komitəsində danışıqlar getdiyini bildirib. "Biz Azərbaycanı Assambleyada görmək istəyirik. Bunun üçün Azərbaycan hakimiyyəti müəyyən güzəştlərə getməlidir və bir sıra tələbləri yerinə yetirməlidir", - Kristoffersen deyib.
-
Narkomaniyaya qarşı yönəlmiş sosial kampaniya gəncləri zərərli vərdişlərdən çəkindirmək, sağlam həyat tərzi və idmana təşviq etmək məqsədi daşıyır “Azercell Telekom” MMC Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda həyata keçirdiyi genişmiqyaslı silsilə layihənin növbəti mərhələsini elan edir. "Doğru yol budur" sosial kampaniyası yeniyetmə və gəncləri zərərli vərdişlərdən çəkindirmək məqsədi daşıyır. Layihə cəmiyyətimizdə xüsusilə gənclər arasında narkomaniyanın fəsadlarına diqqət çəkməklə yanaşı, sağlam həyat tərzinin təbliğatına və idmana olan marağın artırılmasına yönəlib.
Rəy yaz