Açiq mənbələrdən foto.

Açiq mənbələrdən foto.

Sentyabrın 27-dən Azərbaycanın İnternet resursları erməni həbi birliklərinə qarşı apardığı və hələ də davam edən əks-həmlə əməliyyatlarına fokslanıb.

İnternet saytlar Azərbaycan hərbi birliklərinin apardığı əməliyyatlar, azad etdiyi yaşayış məntəqələri, ələ keçirdiyi strateji yüksəkliklər, erməni tərəfin canlı və hərbi texnika itkiləri barədə yazırlar.

Eyni zamanda bu mövzuda Azərbaycan ordusuna dəstək mövqeləri də yer alır.

Bununla yanaşı İnternet saytları son günlər bu formatda intensivləşən diplomatik gəlişmələr barədə də məlumat verirlər. Belə ki, BMT, ATƏT, AŞPA-dan tutmuş ayrı-ayrı dövlətlərə qədər hərbi əməliyyatların dayandırılması barədə çağırışlar eşidilir.

“Azərbaycan” qəzeti isə Azərbaycanın hərbiyönlü QHT-lərinin bəyanatını dərc edib.

Bəyanat müəllifləri hərbiyönlü QHT-lər olaraq Azərbaycan  prezidentinin apardığı haqq işini dəstəkləyir, onun və ordunun yanında olduğunu bildirirlər.

Eyni zamanda müəlliflər sosial şəbəkə istifadəçilərinə, cəbhəboyu ərazilərdə yaşayan insanlara düşmən dezinformasiyalarına uymamaq, yalnız dövlət qurumlarının yaydığı məlumatlara inanmaq və istinad etmək çağırışı edirlər.

Hərbiyönlü QHT-lər  Silahlı Qüvvələrin qələbə əzminə inandıqlarını , müsəlləh əsgər olaraq döyüşlərə hər an döyüşlərə hazır olduqalrını bəyan edirlər.

Bu xüsusda  “Müsavat. com” saytı “Azərbycan prezidenti İlham Əliyev BMT-nin  baş katibi Antonio Quterreş arasında videokonfrans formatında görüş olub” sərlövhəli məqalədə dövlət başçısı İlham Əliyevin çıxışna yer verib.

İlham Əliyev baş katibə erməni tərəfin sentyabrın 27-də Azərbaycanın mlki əhaisinə və hərbçilərinə atəş açdığını, hərbçilər və mülki hali arasında itkilər olduğunu bildirib. Azərbaycanın özünümüdafiə döyüşləri apardığını bildirir. Həm də BMT baş katibə xatırladır ki, belə hücimlar lik dəfə deyil, buna qədər də olub.

Dövlət başçısı vurğulayıb ki, erməni tərəfi həm də Qarabağ probleminin nizamlanması ilə bağlı danışıqlar prosesini pozur, Azərbaycan torpalqarını Ermənistan elan edir.

Son olaraq dövlət başçısı deyib ki, Qarabağ problemi beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

“Yenisbah.az ” saytı isə  “30 ildir ki, beynəlxalq təşkilatlar lal və kar olub” sərlövhəli məqalədə beynəlxalq təşkilatların Qarabağ probeminin həllinə ciddi səy göstərmədiklərini  bidirir.

Politoloq Azər Rəşidoğlu deyir ki, 30 ildir beynəlxalq təşkilatlar ermənilərin beynəlxalq hüquqa hörmətsizliyini görməzdən gəlir. “Mülkü vətəndaşlarımızın qətl edilməsi, onların cəsədlərinin təhqir edilməsi, mülki əhalinin işgəncələrə məruz qoyulması kimi hallar nə insanlıq, nə də beynəlxalq humanitar normalarla bir araya sığmayan iyrənc əməllərdir”. Politoloq hesab edir ki, əməliyyatlar yarımçıq dayanmamalı, tam qələbə ilə başa çatmalıdır.

Politoloqa görə, Azərbaycanla Ermənistan arasında sülhməramlı qüvvəyə ehtiyac yoxdur, qələbə bütün məsələləri yerinə qoyacaq.

“Azərbaycan beynəlxalq ictimaiyyətin susqunluğu fonunda Ermənistanın cinayətkar əməllərinə qarşı cavab tədbirləri görməyə məcburdur. Azərbaycanın beynəlxalq hüquqa əməl edərək öz vətəndaşlarının təhlükəsizliyini qorumağa haqqı və hüququ var. Təcavüzkar  Ermənistanı susdurmağın başqa yolu yoxdur”, -politololq bildirir.

“Redaktor.az” saytı isə diqqəti Türkiyə rəsmən elan etdi: Ermənistandan sərt tələb - "Geri qaytarın və..." sərlövhəli məqaləyə çəkir.

Müəllifin deməsinə görə Türkiyənin milli müdafiə naziri Hulusi Akar Qarabağ cəbhəsində də baş verən hadisələrlə bağlı açqılama verib.

Yazıda vurğulanır ki, H.Akar Ermənistan hökumətindən xaricdən gətirdiyi və Azərbaycana qarşı döyüşlərdə yer alan muzdlu terrorçuları geri qaytarmağı tələb edib: “Biz doğma torpaqlarını qoruyan azərbaycanlı qardaşlarımızın yanındayıq. Ermənistan təcavüzkar hücumlarını dayandırmalı, xaricdən gətirdikləri muzdlu terrorçuları geri qaytarmalıdır”, - Hülusi Akar bəyan edib.

 

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti