“Eclipse” superyaxtası. Açiq mənbələrdən foto.

“Eclipse” superyaxtası. Açiq mənbələrdən foto.

Bakı/17.09.20/Turan: Türkiyənin məşhur kurort şəhəri Bodrumun sakinləri sentyabrın 7-də rusiyalı milyarder Roman Abramoviçin altımərtəbəli “Eclipse” superyaxtasını sahildə görüblər.

Türkiyə KİV-i həmin günlərdə Rusiyanın energetika sahəsində biznes elitasının nümayəndələrinin Bodruma gəlişindən də yazıb. Ekspert dairələrində bu qəbildən, gələcək əlaqələrə və ciddi sövdələşmələrə dair  məsələlərin həll olunduğu qeyri-rəsmi görüşlər adi haldır.

Türkiyə mətbuatının məlumatına görə, Abramoviçin yaxtasının Bodrumda olduğu günlərdə Azərbaycan prezidenti İlham Əliyev də orada görünüb. Telekanallardan biri isə Azərbaycan prezidentinin avtomobilinin müşayiət olunduğunu və bu mövzuda reportaj göstərib.

Son zamanlar Rusiya, Azərbaycan, Türkiyə, Yunanıstan, İsrail, Aİ, həmçinin transmilli şirkətlərin maraqlarının üst-üstə düşdüyü Rusiya, Aralıq dənizi və Qara dəniz enerji layihələrində Azərbaycanın iştirakı məsələsi gündəmdədir. –0—

 

Rəy yaz

Siyasət

Quru sərhədləri, narkotacirlər, parkinq qiymətləri... - Natiq Cəfərli Çətin sualda



InvestPro Azerbaijan Baku & Turkiye Istanbul 2024 – two conferences in one shot


Əziz Bakı şəhəri sakini!

Siz də Qlobal İqlim Dəyişmələri ilə mübarizəyə öz töhfənizi verə bilərsiniz

Dear resident of Baku city!

You too can contribute to the fight against Global Climate Change

Дорогой житель города Баку!

Вы тоже можете внести свой вклад в борьбу с глобальным изменением климата

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti