Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı.
Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı: “Ermənistan ordusunun alayı darmadağın edilib”
Bakı/29.09.20/Turan: Azərbaycan Ordusunun atəş zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Xocavənd rayonu ərazisində yerləşdirilən 3-cü “Martuni” motoatıcı alayı darmadağın edilib. Nəticədə canlı qüvvə və hərbi texnika sarıdan böyük itkilərə məruz qalan düşmən alayı tam dağıdılıb. Düşmən ordusunun komandanlığı hər kəsə müraciət edərək ölən və yaralıların təxliyə edilməsi üçün nəqliyyat vasitələri ilə kömək edilməsini istəyib.
Bölmələrimiz bir neçə dəqiqə əvvəl Xocavənd (Martuni) rayonu istiqamətindəki Ermənistan silahlı qüvvələri bölmələrinin “Uraqan” yaylım atəş sistemini məhv edib.
"Martuni" üçüncü motoatıcı alayı öncə.
Siyasət
-
Azərbaycan Beynəlxalq Bankının (ABB) keçmiş sədri Cahangir Hacıyev mayın 1-dən etibarən 13 saylı cəzaçəkmə müəssisəsində aclığı davam etdirir.
-
Bazar ertəsi Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin aparatı bildirib ki, sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında mayın 6-dək 40 sərhəd dirəyi quraşdırılıb.
-
Ermənistan Alma-Atıdakı danışıqlarda Azərbaycanla regionda nəqliyyat infrastrukturunun və ticari marşrutların məhdudiyyətsiz açılması məsələsinin tənzimlənməsini müzakirə etmək niyyətindədir, bu barədə bazar ertəsi Ermənistan XİN başçısı Ararat Mirzoyan bildirib.
-
Mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində fırıldaqçılıqda ittiham olunan ictimai fəal Rail Abbasovun işi üzrə proses davam edib.
Rəy yaz