Севиндж Садыгова
68 gündür aclıq edən jurnalistin həyat yoldaşı aksiya keçirib
Bakı/11.01.21/Turan: Həbsaxanada aclıq edən “Azel” TV saytının rəhbəri Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova bu gün Bakının əsas magistrallarından olan, Heydər Əliyev prospektində avtomobillərin sürətlə hərəkət edən hissəsinə çıxaraq etiraz edib. O, “Əfqan sadıqov ölür!” yazılmış şüar qaldırıb.
Polislər S.Sadıqovanı yolun hərəkət hissəsindən çıxarıb və avtomobillərinə mindirərək aparıblar.
S.Sadıqova bildirib ki, həyat yoldaşı artıq 68-ci gündür aclır edir.
“Mən buradan bir daha ölkənin rəhbərlərinə müraciət edirəm. Jurnalist Əfqan Sadıqov ölür. Məhkəmə baxışı yanvarın 21-nə təyin edilib. Ona qədər Əfqan sağ qalmayacaq. Onun vəziyyəti kritikdir. Ayaq üstə dura bilmir, tez-tez huşunu itirir, ciyərlərində və böyrəklərində problem yaranıb. 30 kiloqramadək çəki itirib, sanki dəriyə bürünmüş skeletdir. Əfqan hər an komaya düşə bilər”, - o bildirib.
Jurnalist Ədliyyə Nazirliyinin müalicə müəssisəsinə yerləşdirilib və həkim nəzarətindədir.
Müalicə müəssisəsindən jurnalistin səhhətilə bağlı məlumat almaq mümkün olmayıb, çünki telefonlara cavab vermirlər.
Ombudsman Aparatından bir müddət əvvəl bildiriblər ki, ombudsmanın tapşırığı ilə Əfqan Sadıqovun səhhəti diqqət mərkəzindədir.
"Dekabrın 28-də Penitensiar Xidmətin müalicə müəssisəsi ilə əlaqə saxladıq. Bizə dedilər ki, Əfqan Sadıqovun səhhəti tam nəzarətdədir. Əvvəlki kimi qida qəbulundan imtina edir", - Ombudsman Aparatından bildiriblər.
Dekabrın 25-də hakim Məhəmmədəli Rzayevin sədrliyi ilə Sumqayıt Apellyasiya Məhkəməsində Ə.Sadıqovun şikayətinə ilkin baxış olub. Məhkəmə baxışı yanvarın 21-nə təyin edilib.
Əfqan Sadıqov mayın 13-də saxlanılıb və Bakının Binəqədi Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.
İstintaqın iddiasına görə, Ə.Sadıqov xeberfakt.az nəşrinin redaktoru Sakit Muradovla birlikdə 10 000 manat rüşvət alarkən saxlanılıb. Bu zaman S.Muradovu həbs etməyiblər.
Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsi “Azel” TV saytının redaktorunu hədələmə yolu ilə pul tələb etmə ittihamı ilə günahkar sayaraq yeddi il müddətinə azadlıqdan məhrum edib.
“Mən məhkəmənin hökmünü ədalətsiz hesab edirəm. Ortada heç bir hədə-qorxu, şantaj xarakterli yazı yoxdur. Bu səbəbdən aclığa başlayıram. Ədalət bərpa edilməsə aclığın 20-ci günündən sonra quru aclığa keçəcəm”, - jurnalist məhkəmədə deyib.
O həmin vaxtdan saxlanıldığı 1 saylı İstintaq Təcridxanasında aclığa başlayıb. Hazırda jurnalist Ədliyyə Nazirliyinin müalicə müəssisəsində həkim nəzarətindədir.
Əfqan Sadıqov həbsindən öncə “Taxtakörpüdə gizlədilmiş cinayət hadisəsi“ adlı məqalə ilə çıxış edib. Məqalədə Taxtakörpü qəsəbəsində kimsəsiz və köməksiz olan iki qadına qarşı (onlardan biri azyaşlıdır) cinsi zorakılıqdan bəhs edilir. Jurnalist qadınlara qarşı zorakılığın araşdırılmamasından narahatlığını bildirib. O həmin məlumatı YouTube kanalı vasitəsilə də diqqətə çatdırıb.
Ə.Sadıqov həmçinin narkotik qaçaqmalçılığında əli olduğunu iddia etdiyi bir qrup şəxs və Sumqayıt Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri barədə də tənqidi məqalələrlə çıxış edib.
“Yüksək vəzifəli bir neçə məmuru kəskin tənqid, ifşa etdiyim üçün sifarişin, tapşırıq, göstərişin haradan gəldiyini yaxşı bilirik”, Ə, Sadıqov həbsindən öncə Facebook səhifəsində yazıb.
Bir çox yerli və beynəlxalq hüquq- müdafiə təşkilatları, o cümlədən Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hökumətini jurnalistin dərhal azadlığa buraxılmasına çağıran bəyanatlarla çıxış edib.-03-
-
- Mədəniyyət
- 11 Yanvar 2021 17:29
-
- Cəmiyyət
- 11 Yanvar 2021 18:29
Cəmiyyət
-
Azərbaycan məktəblərində rus dilində siniflər arta bilər. Jurnalistlərə açıqlamasında Məktəbəqədər və ümumi təhsil üzrə dövlət agentliyinin sədri Eşqi Bağırov bildirib ki, məktəblərdə rus bölməsi üzrə kifayət qədər yer və pedaqoq ehtiyatı var. "Bu gün ölkənin təhsil müəssisələrində rus bölməsi üzrə 12 min yer var. Müraciət edənlərin sayı isə 10 minə çatıb. Ortalama bu gün üçün tələbat qarşılanır. Amma yeni tədris ilində pedaqoji kadr təyinatı, müəllim sayı imkan verərsə, ehtiyac olduqca, rus bölməsi üzrə sinif sayı artırıla bilər", - o əlavə edib.
-
Lider mobil operator beynəlxalq ictimaiyyət qarşısında daha dayanıqlı və yaşıl gələcək naminə gördüyü işlər haqqında danışdı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi, “Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə Bakıda keçirilən “GSMA M360 2024” konfransı davam edir. COP29 ərəfəsinə təsadüf edən bu konfransın ikinci günü ətraf mühit, sosial və idarəetmə (ESG) prinsiplərinə həsr olunmuş sessiya ilə başlayıb. Bu sessiyada çıxış edən Azercell-in Hüquq, Etika və Komplayens üzrə baş direktoru Şirin Əliyeva şirkətin ESG strategiyasını açıqlayaraq onun adıçəkilən sahələrdə fəaliyyəti haqqında danışıb.
-
Mayın 17-də Bakıda və Abşeron yarımadasında yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Gündüz yağıntılar tədricən kəsiləcək.
-
Azercell-in ev sahibliyi etdiyi konfrans Bakıda beynəlxalq sənaye liderlərini bir araya gətirdi Bu gün Beynəlxalq GSM Assosiasiyasının (GSMA) Azərbaycanda sayca ikinci “GSMA M360 Eurasia” konfransına start verilib. Ötən il olduğu kimi, bu il də Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və “Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə Bakıda keçirilən tədbir telekommunikasiya və rəqəmsal texnologiyalar sahəsində çalışan aparıcı ekspertləri, eləcə də region üzrə tənzimləyici qurumların nümayəndələrini öz ətrafında toplamağa müvəffəq olub.
Gürcüstan hakimiyyəti Qərbdən uzaqlaşmaq yolunu tutub? – Samirə Bayramova Çətin sualda
Xəbər lenti
-
- Siyasət,
- 11:22
- 90
Rəy yaz