Hürnisə Sadıqova
Əfqan Sadıqovun anası Mehriban Əliyevaya müraciət edib
Bakı/13.01.21/Turan: “Azel”Tv saytının rəhbəri, həbsdə olan Əfqan Sadıqovun anası Hürnisə Sadıqova birinci vitse-prezident Mehriban Əliyevaya videomüraciət edib.
Qadının dediklərinə görə, oğlunu Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun əmri ilə əsassız həbs ediblər və 7 il müddətinə mühakimə ediblər.
Əfqan etiraz əlaməti olaraq artıq 70 gündür aclıq edir və ədalətsiz hökmə etiraz edir.
"Oğlum ölümün astanasındadır", -H. Sadıqova qeyd edir. O, bir ana və yaşlı insan kimi M.Əliyevadən humanizm və mərhəmət göstərməyi, oğlunun ədalətli məhkəməsinin təmin olunmasına yardım göstərməyi xahiş edir.
"Yanvarın 21-də oğlumun apellyasiya şikayətinə baxılacaq. Oğluma ədalət istəyirəm, onun əsassız təqibinə son qoyulmasını istəyirəm", - H.Sadıqova deyib.
* “Azel” TV saytının rəhbəri Əfqan Sadıqov bu ilin mayında hədə yolu ilə tələbetmə ittihamı ilə həbs edilib. Noyabrın 3-də məhkəmə onu yeddi il müddətinə azadlıqdan məhrum edib. O, hökmü ədalətsiz hesab edirək etiraz əlaməti olaraq noyabrın 4-dən aclıq elan edib.
Yerli hüquq-müdafiə təşkilatları onu siyasi məhbus kimi tanıyıblar. —06B03-
Cəmiyyət
-
Azərbaycan bu il noyabrın 11-dən 22-nə kimi BMT-nin İqlim Dəyişikliyi Konfransına (COP29) ev sahibliyi edəcək. Rəsmi məlumatlara görə, ölkəyə 11 gün davam edən bu tədbirə qatılmaq üçün 50-70 min civarında qonağın gəlməsi planlaşdırılır.
-
Şənbə günü Bakıda və Abşeron yarımadasında yağıntı gözlənilmir, şimal-qərb küləyi cənub küləyi ilə əvəz olunacaq.
-
Son günlər yağışlar nəticəsində Bakının Binəqədi rayonunun bəzi ərazilərində, Abşeron rayonunda müəyyən yerlərdə evləri su basıb. Sakinlər şikayətlənir ki, bu hal illərdir baş verir. Biləcəri qəsəbəsində yaşayan Mahir Məmmədov AzadlıqRadiosuna bildirib ki, üç gün əvvəl, mayın 6-da yağan leysandan sonra evinə su dolub: "Bizdə həyət evidir. Yağış yağıb, evim su içindədir, mebellərimə də ziyan dəyib. Bu vəziyyət illərdir davam edir. Şikayət etmədiyimiz qurum qalmadı. Hər dəfə deyirlər ki, nasoslar çatdırmır, düzələcək, amma düzəlmir".
-
9 may Qələbə bayramı münasibətilə Azərbaycanda prezidentin sərəncamı ilə İkinci Dünya Müharibəsi iştirakçılarına 2 min manat (1167 dollar) birdəfəlik yardım ayrılıb. Ölkədə 1941-1945-ci illər hərbi əməliyyatlarının cəmi 30 nəfər birbaşa iştirakçısı qalıb.
Rəy yaz