Açiq mənbələrdən foto.

Açiq mənbələrdən foto.

Bakı/15.01.21/Turan:  NİDA Vətəndaş Hərəkatının üzvü Elmir Abbasov Azərbaycan prezidenti haqqında tənqidi statusuna görə dünən polisə aparılıb.

E..Abbasov Turan agentliyinə bildirib ki, yanvarın 12-də axşam küçədə VAZ 21 07 markalı avtomobil onun yolunu kəsib.

"Avtomobildəki adam mənim adımı dəqiqləşdirdi və rəislə söhbətdən ötrü polisə getmək üçün avtomobilə əyləşməyi təklif etdi. Mən rəsmi çağırış göndərilməsini təklif etdim, amma məni zorla maşına oturtdular və Sumqayıt Polis İdarəsinə apardılar", - E.Abbasov deyib.

Orada ona bildiriblər ki, saxlanmasının səbəbi prezident haqqında tənqidi statusdur.

"2 saat mənimlə söhbət etdilər və statusu sildikdən sonra məni buraxdılar", - E.Abbasov qeyd edib. DİN-dən şərh almaq mümkün olmayıb.-0-

 

Rəy yaz

Cəmiyyət

Beynəlxalq Mətbuat Azadlığı günü: Azərbaycanda azad media varmı? – Xalid Ağəliyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti