Açiq mənbələrdən foto.

Açiq mənbələrdən foto.

Bakı/16.01.21/Turan: “Son günlər sosial şəbəkələrdə yeni növ koronavirus infeksiyası ilə mübarizə məqsədilə tətbiq ediləcək vaksinlərin təhlükəli olması və postvaksional ağırlaşmalara, ölüm hallarına görə TƏBİB tərəfindən kompensasiya veriləcəyi ilə bağlı şaiyələr həqiqəti əks etdirmir. Bu barədə Tibbi Ərazi Bölmələrinin İdarə edilməsi Birliyinin yanvarın 16-da yaydığı açıqlamada deyilir.

TƏBİB tərəfindən yayılan məlumata görə, qurum belə bir açıqlama ilə çıxış etməyib.

Məlumata görə, ümumiyyətlə, sözügedən məsələlərin tənzimlənməsi qurumun səlahiyyətlərinə aid deyil.

Məlumatda əlavə edilir ki, bu günədək Azərbaycanda hər hansı vaksinlə əlaqəli fəsadın yaranması və ölümə səbəb olması faktı qeydə alınmayıb, insanlar bir çox ölümcül xəstəliklərdən məhz peyvəndlərin tətbiqi nəticəsində xilas olublar.

Yeni növ koronavirus infeksiyasına qarşı peyvəndə gəlincə isə, məlumatda deyilir ki, 3-cü klinik fazanı keçən bütün vaksinlərin təhlükəsizliyi və effektivliyi yüksək qiymətləndirilir.

Məlumatda vurğulanır ki, vaksindən sonra mümkün ola biləcək başağrısı, əzələ ağrısı, qızdırma və s. kimi əlamətlər əks yox, əksinə, gözlənilən nəticədir və tibbi cəhətdən bədənin vaksinə müsbət reaksiya verməsinin göstəricisidir.

“Deyilənləri nəzərə alaraq, vətəndaşlarımızdan yalnız rəsmi məlumatlara inanmağı xahiş edir, ayrı-ayrı şəxslərə isə cəmiyyətdə çaşqınlıq yaradan açıqlamalardan çəkinməyi tövsiyə edirik”, deyə məlumatda bildirilir. -05B06-

 

Rəy yaz

Cəmiyyət

Taksi sayı azaldılır, bəs köhnə taksiçilər nə ilə dolanacaqlar? – Rauf Ağamirzəyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti