Açıq mənbələrdən foto

Açıq mənbələrdən foto

Bakı/16.01.20/Turan: Yanvarın 17-də  Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin yanvarın 16-da yaydığı əmlumatda deyilir.

Məlumata görə, havanın temperaturu  Abşeron yarımadasında gecə 3-6, gündüz 9-13, Bakıda gecə 4-6, gündüz  10-12 dərəcə isti olacaq. 

Yanvarın 17-də ölkənin rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 1-5 dərəcə isti, gündüz  7-12 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacaq.   

Xidmət bildirir ki, yanvarın 19-axşamdan Bakıda və Abşeron yarımadasında başlayaraq 21-i gündüzədək hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.

Şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcək, Havanın temperaturu ötən günlə müqayisədə tədricən 5-10° aşağı enəcək, Yanvarın 20-21-də çovğun olacağı, 21-22-də isə gecə saatlarında yolların buz bağlayacağı ehtimalı var. 

Azərbaycanın rayonlarında isə yanvarın 18-i gündüz qərb rayonlarından başlayaraq 21-i gündüzədək hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi arabir 15-18 m/s, bəzi yerlərdə arabir  23-25 m/s-dək güclənəcək,

Havanın temperaturu ötən günlə müqayisədə tədricən 5-10° aşağı enəcək, Çovğun olacağı, dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.—0—

 

Rəy yaz

Cəmiyyət

Beynəlxalq Mətbuat Azadlığı günü: Azərbaycanda azad media varmı? – Xalid Ağəliyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti