Azərbaycanda koronavirusa 322 yeni yoluxma faktı qeydə alınıb
Bakı/17.01.21/Turan: Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 322 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxnlardan 845 nəfər sağalıb.
Bu məlumatı bu gün, yanvarın 17-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 11 nəfər vəfat edib:
“İndiyədək ölkədə ümumilikdə 227273 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 215263 nəfər sağalıb, 3009 nəfər vəfat edib, aktiv xəstə sayı 8996 nəfərdir”
Qurumdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 6 776, ötən müddət ərzində isə ümumilikdə 2 318 193 test aparılıb.-0-
Cəmiyyət
-
Ölkənin lider telekommunikasiya şirkəti 10 tələbəyə şirkətdə yay təcrübə proqramında iştirak etmək hüququ verdi Azercell ADA Universitetinin Karyera Hazırlığı Həftəsində iştirak etdi. Həftə zamanı mobil operatorun təşkil etdiyi seminarlarda, yekun qiymətləndirmə və müsahibələrdə seçilmiş 10 tələbə Azercell-in yay təcrübə proqramına qatılmaq imkanı əldə etdi. Bu təcrübə tələbələrə praktiki bacarıqlar və telekommunikasiya sənayesi ilə tanışlıq qazandıracaq.
-
Fransa Azərbaycanı Yeni Kaledoniyanın daxili siyasətinə müdaxilədə ittiham edib. Bu ölkənin daxili işlər naziri Jerald Darmanen mayın 15-də "France 2" televiziyasına müsahibəsində Yeni Kaledoniya ilə bağlı suala cavab verərkən deyib ki, "Kaledoniyanın müstəqillik tərəfdarlarından bəzi liderləri Azərbaycanla sövdələşiblər, bu, danılmazdır".
-
Mayın 18-də Bakıda və Abşeronda yağıntılı tutqun hava şəraiti davam edəcək. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 11+13, gündüz müsbət 15+19 dərəcə olacaq.
-
Turan İnformasiya Agentliyinin son araşdırmaları Azərbaycanda kanalizasiya sisteminin idarə olunması ilə bağlı narahatedici hüquqi pozuntuları və ekoloji təhdidləri üzə çıxarıb. Turan-ın dərc etdiyi üç məqalədə dövlət nəzarətindəki ciddi nöqsanlar işıqlandırılır ki, bu da kanalizasiya xətlərinin icazəsiz tikintisinə və təmizlənməmiş çirkab sularının Zaqulba və Buzovna çimərliklərinin yaxınlığında Xəzər dənizinə axıdılmasına səbəb olub.
Rəy yaz