Açiq mənbələrdən foto.

Açiq mənbələrdən foto.

Bakı/18.01.21/Turan: Yaxın günlərdə Bakıda və Abşeronda qar yağacağı, güclü külək əsəcəyi gözlənilir, bu barədə sinoptiklər xəbərdarlıq edir. Ekologiya Nazirliyinin məlumatına görə, bu hava şəraiti yanvarın 19-da axşam saatlarından etibarən 21 yanvar axşama qədər davam edəcək. Bu zaman şimal-qərb küləyinin gücü 15-20 m/s, arabir 23-28 m/s təşkil edəcək.

Yanvarın 20-si axşamdan 21-i günortaya qədər çovğun olacağı, yolları buz bağlayacağı gözlənilir.

Ölkənin rayonlarında da yanvarın 18-dən 21-nə qədər qar yağacaq, külək güclənəcək, havanın temperaturu 5-10 dərəcə aşağı düşəcək.

Yanvarın 20-21-də çovğun olacağı, dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimal olunur. -06D-

 

Rəy yaz

Cəmiyyət

Parlament seçkilərinin önə çəkilməsinin əsl səbəb və məqsədləri nə ola bilər? – Mirəli Hüseynov Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti