Açiq mənbələrdən foto.
İran vətəndaşından 25 kq narkotik maddə götürülüb
Bakı/04.01.20/Turan: Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları İran vətəndaşı Sadeq Şəfiidən ümumilikdə 25 kq-a yaxın narkotik vasitə müsadirə edib.
DİN-in mətbuat xidmətinin məlumatına görə, İran vətəndaşı qanunsuz narkotik dövriyyəsində şübhəli bilinərək saxlanılıb, onun üzərindən 10 qram metamfetamin aşkar edilib. Daha sonra o, Azərbaycana qanunsuz olaraq keçirdiyi böyük miqdarda narkotik maddəni gizlətdiyi yeri söyləyib. Belə ki, onun həmin rayonun Çaylı kəndi ərazisində yolun kənarında kolların arasında gizlətdiyi çantadan 22 kiloqramdan artıq heroin, 2,6 kq metamfetamin, 3100 ədəd metadon və tramadol həbləri aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi açılıb. -02D-
-
- Siyasət
- 4 Yanvar 2021 17:13
-
- Böyük Şərq
- 4 Yanvar 2021 18:22
Cəmiyyət
-
Mayın 22-də Bakıda və Abşeron yarımadasında hava əsasən yağıntısız keçəcək. Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 12+16, gündüz müsbət 20+25 dərəcə olacaq. Bu barədə Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Tərtər rayonunda çoban minaya düşərək həlak olub.
-
Mayın 20-də polis 46 kiloqram qanunsuz narkotik maddəni dövriyyədən çıxarıb.
-
Ölkənin ən böyük özəl telekommunikasiya şirkəti Bakcell, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin (MTK) şagirdləri ilə dinamik panel müzakirəsi keçirib. "Təhsildə innovasiya və süni intellektin rolu" adlı paneldə Bakcell-in Baş İcraçı Direktoru Klaus Müller, MTK-nın Baş İcraçı Direktoru Aygün Mikayılova və məktəbin şagirdləri iştirak edib. Tədbirin mövzusuna uyğun olaraq, müasir təhsildə innovasiya və yüksək texnologiyaların rolu barədə maraqlı mövzular haqqında danışılıb.
Rəy yaz