Açiq mənbələrdən foto.

Açiq mənbələrdən foto.

"Azərbaycan" qəzeti  "Qanlı şənbədən azadlığa uzanan yol" sərlövhəli məqalədə Azərbaycan xalqının 1990-cı ildə apardığı azadlıq mübarizəsini dəyərləndirir. 

Müəllif deyir ki, 1990-cı il yanvarın 20-də sovet ordusu Azərbaycan xalqına məhz azadlıq istədiyinə görə divan tutdu, o müqavimət anında qurban gedənlər vətənə, amala sədaqət dastanı yazırdılar. 

Müəllif qeyd edir ki, həmin vaxtdan 31 il keçsə də, Azərbaycan xalıq bu yolda şəhid gedən övladlarını uuntmadı, onları sədaqətlə andı və anır.

Müəllif yada salır ki, 1987-ci ildən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, azərbaycanlıların Ermənistan və Qarabağdan didərgin salınmaları

Azərbaycan xaqlını müqavimətə sövq etdi.

"Amma 1990-cı ilin yanvarın 20-nə keçən gecə sovet ordusu millətimizin azadlıq eşqini, haqq səsini boğmaq üçün geniş xalq kütlələrinə qarşı hərbi əməliyyatlara başladı", deyə müəllif bu hadisələrin səbəblərinə toxunur.

Azərbaycan ərazilərinin bir hissəsinin 30 ilə yaxın erməni işğalında qaldığını deyən müəllif  2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsinin qalibiyyətlə başa çatdığını vurğulayır.

Müəllifə görə, bu müharibə, 44 günlük Zəfər yürüşü tarixə həkk olundu.

"44 günlük müharibədəki Qələbə ilə xalqımız Vətəni canından, qanından artıq sevdiyini nümayiş etdirdi. Şəhidlərin ruhu da rahatdır, çünki ugrunda canlarından keçdikləri milli haqlarımız artıq bərqərar olub", deyə müəllif bildirir.

"Yenisabah.az" saytında isə "Lavrov Laçın dəhlizi barəsində dedikləri ilə... - Bugünkü çıxışa reaksiya olmasa" sərlövhəli məqalədə RF xarici işlər naziri Sergey Lavrovun bu günlərdə keçirdiyi mətbuat konfransında Laçın dəhlizilə bağlı dedikləri şərh edilir.

Həmin mətbuat konfransında S.Lavrov deyib ki, Naxçıvanla Azərbaycan arasında dəmiryolu vasitəsilə dəhliz yaradılırsa Laçın dəhlizi vasitəsilə Ermənistandan da ermənilərin Dağlıq Qarabağa gedib-gəlmələrində problem olmamalıdır. S.Lavrov deyir ki, guya buna Azərbaycan tərəfi buna etiraz etmir.

Polotoloqlar isə vurğulayırlar ki, prezident İlham Əliyev yanvarın 6-da verdiyi açıqlamada Ermənistanın xarici işlər nazirinin Azərbaycan torpaqlarına qanunsuz gəldiyini və Rusiya hərbçilərinin səlahiyyətlərini aşdıqlarını bildirdi.

Politoloqlar bunu da əlavə edirlər ki, rəsmi səviyyədə Lavrovun Laçın dəhlizinin açıq saxlanılmasıyla bağlı çıxışına reaksiya olmasa, vəziyyət elə belə də davam edəcək, Dağlıq Qarabağa gələn ermənilər təxribatçı açıqlamalar verəcəklər. "Ermənistanla sərhəd nəzarətə götürülməlidir, bunun başqa yolu yoxdur. Kim zəmanət verə bilər ki, Ermənistandan Dağlıq Qarabağa gələnlər maşınlarında silah-sursat daşımırlar?", - deyə politoloqlar bəyan ediblər.

"Moderator.az" saytı isə "Ermənilər Kəlbəcərdə Azərbaycan maşınlarının yolunu bağladı - əraziyə ordu yeridildi" sərlövhəli məqalədə Qarabağda yaşayan ermənilərin Kəlbəcərdən keçərək Ermənistana gediş istəmələrini dəyərləndirir.

Məüllif deyir ki, bu günlərdə Azərbaycanın Kəlbəcər rayonunun Heyvalı kəndində yşayan ermənilər tələblərinin yerinə yetirilməsi üçün Rusiya sülhməramlılarına şikayət ediblər, Laçın dəhlizi varitəsilə Ermənistana getmək uzaq məsafə olduğu üçün Kəlbəcərdən keçib getmək istəyirlər. Razılıq verilmədiyi halda etirazlarını davam etdirəcəklərini bəyan ediblər.

Yolun açılmasına gəlincə isə, rus general bunun onun səlahiyyətləri çərçivəsində olmadığını bildirib, amma məsələni mütləq yuxarı qurumlara çatdıracağına söz verib.

Azərbaycan torpağında 30 ilə yaxın qanunsuz məskunlaşmış ermənilər isə problem həll olunmayacağı təqdirdə bu cür aksiyaları təkrar keçirəcəklərini bəyan ediblər.

Müəllif isə deyir ki, nə qədər ki, Xankəndi, Əsgəran, Xocavənd, Ağdərə və s. ərazilərdən separatçı-terrorçu erməni rejiminin tör-töküntüləri və qanunsuz silahlı qüvvələr, Ermənistan ordusunun qalıqları çıxarılmayıb, bu cür həyasız təxribatlar hələ çox təşkil ediləcək...

 

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti