Oqtay Gülalıyev. Açiq mənbələrdən foto.
Hüquq müdafiəçisini maşın vurmasına görə məntəqə tipli koloniyada 2 il 3 ay müddətinə azadlıqdan məhrumetmə
Bakı/25.01.21/Turan: Yanvarın 25-də Nəsimi Rayon Məhkəməsi yol-nəqliyyat hadisəsinin törədilməsində ittiham olunan Kənan Abdullayevi cəzasını məntəqə tipli koloniyada çəkməklə 2 il 3 ay müddətinə azadlıqdan məhrum edib. Belə ki, həmin qəza zamanı hüquq nüdafiəçisi Oqtay Gülalıyevin sağlamlığına ağır ziyan dəyib.
Məhkəmə onu CM-in 263.1-ci maddəsi (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıq səbəbindən zərərçəkmiş şəxsin sağlamlığına ağır ziyan vurduqda) üzrə təqsirli bilib. Bundan əlavə, K.Abdullayev üç il ərzində avtomobil idarə etmək hüququndan məhrum edilib. Qeyd edək ki, bu maddə üzrə maksimum cəza 3 il müddətinə azadlıqdan məhrumetməni nəzərdə tutur.
Hüquq müdafiəçisinin xanımı Füruzə Gülalıyeva bildirib ki, fəal hələ də komadadır, bunun səbəbi vaxtında tibbi yardımın göstərilməməsi və onun keyfiyyətinin aşağı olmasıdır.
Ötən həftə Gülalıyevlər ailəsinin təkidli xahişlərindən sonra Baş Prokurorluq həkimlərin hərəkətləri ilə bağlı yeni istintaq təyin edib.
Xatırladaq ki, 29 oktyabr 2019-cu ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində O.Gülalıyev kəllə- beyin travması alıb və bir neçə saatdan sonra komaya düşüb. Əməliyyat yalnız növbəti gün həyata keçirilib və mütəxəssislərin rəyinə görə, bu müddətdə beyin qanaxması artıb. Daha sonra Heydər əliyev Fondunun göstərişi ilə O.Gülalıyevi Türkiyəyə aparıblar və orada bir neçə əməliyyat edilib. Müsbət dinamikaya baxmayaraq, huşu hələ də yerinə gəlməyib.–0-
Cəmiyyət
-
Lider mobil operator 6-7-ci sinif şagirdlərini İnformatika və Proqramlaşdırma Müsabiqəsində iştirak etməyə dəvət edir “Azercell Telekom” Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu ilə birgə əməkdaşlıq çərçivəsində növbəti “AZERCELL CUP” müsabiqəsini elan edir. Məktəblilərin informatika və kompüter elmləri sahəsində inkişafının dəstəklənməsi məqsədi daşıyan müsabiqədə 6-7-ci sinif şagirdləri iştirak edəcək.
-
May ayının 12-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri, texniki müşahidə məntəqəsi və sərhəd gözətçi gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində Ələt reydində Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində sahildən 10.7 mil məsafədə ümumi çəkisi 26 kiloqram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.
-
Mayın 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı, qısamüddətli intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 10-13 dərəcə, gündüz 16-19 dərəcə isti olacağı ehtimal edilir.
-
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi Astara rayonunun Sım kəndində keçirdiyi növbəti əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsilə məşğul olan kənd sakinləri Xətai Xalıqov və onun qohumu Afşin Salayevi saxlayıblar. Bu barədə Daxili İşlər Nazirliyinin məlumatında deyilir.
Приведут ли протесты в Ереване к смене власти в Армении? - беседа с Тиграном Хзмаляном в программе "Çətin sual"
Xəbər lenti
-
- Siyasət,
- 10:41
- 403
Rəy yaz