Xırdalanda evin dağıntıları altından bir nəfərin cəsədi çıxarılıb (yenilənib)

Bakı/26.01.21/Turan: Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evinin dağıntıları altından bir nəfərin cəsədi çıxarılıb. Bu barədə FHN-in yanvarın 26-da yaydığı məlumata deyilir. Eyni zamanda, dağıntılar altından 6 nəfər xilas olunub. Xilasetmə işləri davam etdirilir. -02D-

*   *   *

2021 Yanvar 26 (Çərşənbə axşamı) 10:49:37

Xırdalanda uçqunla müşayət edilən partlayış baş verib

Bakı/25.01.21/Turan: Bu gün yanvarın 25-də Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə uçqunla nəticələnən partlayış hadisəsi baş veirb. Bu barədə Fövəqldə Hallar Nazirliyinin yaydığı məlumatda deyilir.

Məlumata görə, uçqun ikimərtəbəli fərdi yaşayış evində baş verib, partlayış dalğasının təsirindən yaxınlıqdakı binaların şüşələri sınıb.

Məlumatda vurğulanır ki, FHN əməkdaşları biri qadın və biri uşaq olmaqla iki nəfər xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Məlumata görə, dağıntı altında qalan şəxs və ya şəxslərin olması ehtimalı nəzərə alınaraq axtarış-xilasetmə əməliyyatı davam edir. -0-

 

Rəy yaz

Cəmiyyət

Beynəlxalq Mətbuat Azadlığı günü: Azərbaycanda azad media varmı? – Xalid Ağəliyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti