Açiq mənbələrdən foto.
Xırdalanda partlayış nəticəsində xəsarət alan iki nəfər hələ xəstəxanadadır
Bakı/26.01.21/Turan: Xırdalan şəhərində yerləşən ikimərtəbəli yaşayış evində dünən baş vermiş partlayış nəticəsində “Təcili yardım” stansiyasına 6 nəfər müraciət edib. Bu barədə Abşeron stansiyasının şöbə müdiri Aygün Məmmədova bildirib.
Zərərçəkmişlərin vəziyyəti qənaətbəxş idi və 4 nəfər artıq evə göndərilib. Xəsarət alan iki nəfər müalicə üçün Bakı şəhərində yerləşən Respublika Kliniki Xəstəxanasına göndərilib.
Öz növbəsində, bu xəstəxanadan bildiriblər ki, zərərçəkmişlər reanimasiya şöbəsinə yerləşdiriliblər.
“Ruslan Musayev qarın boşluğunda küt ağrılarla daxil olub. Adətən daxili orqanlar xəsarət aldıqda belə ağrılar olur. Amma ilkin müayinədə belə bir hal müəyyən olunmayıb.
Xədicə adındakı digər zərərçəkmiş çiynində və ayaqlarında ağrı hiss edir. Onların vəziyyəti ağır deyil”, deyə Kliniki Xəstəxananın reanimasiya şöbəsinin həkimi Vidadi Həsənov bildirib. -05D06-
Cəmiyyət
-
Bazar günü Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
-
Azərbaycan bu il noyabrın 11-dən 22-nə kimi BMT-nin İqlim Dəyişikliyi Konfransına (COP29) ev sahibliyi edəcək. Rəsmi məlumatlara görə, ölkəyə 11 gün davam edən bu tədbirə qatılmaq üçün 50-70 min civarında qonağın gəlməsi planlaşdırılır.
-
Şənbə günü Bakıda və Abşeron yarımadasında yağıntı gözlənilmir, şimal-qərb küləyi cənub küləyi ilə əvəz olunacaq.
-
Son günlər yağışlar nəticəsində Bakının Binəqədi rayonunun bəzi ərazilərində, Abşeron rayonunda müəyyən yerlərdə evləri su basıb. Sakinlər şikayətlənir ki, bu hal illərdir baş verir. Biləcəri qəsəbəsində yaşayan Mahir Məmmədov AzadlıqRadiosuna bildirib ki, üç gün əvvəl, mayın 6-da yağan leysandan sonra evinə su dolub: "Bizdə həyət evidir. Yağış yağıb, evim su içindədir, mebellərimə də ziyan dəyib. Bu vəziyyət illərdir davam edir. Şikayət etmədiyimiz qurum qalmadı. Hər dəfə deyirlər ki, nasoslar çatdırmır, düzələcək, amma düzəlmir".
Rəy yaz