Azərbaycan vətəndaşı Fizulidə minaya düşərəк həlak olub
Bakı/01.01.21/Turan: Yanvarın 1 də Füzul rayonu ərazisində Azərbaycan vətəndaşı Zabil Babayev piyada əleyhinə minaya düşüb, nəticədə ağır dərəcəli bədən xəsarəti alaraq hər iki ayağı travmatik amputasiya olunub. Tibbi yardımın göstərilməsinə baxmayaraq, sonuncu aldığı xəsarətlərdən vəfat etmişdir.
Azərbaycan Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) birgə məlumatında deyilir ki,dövlət qurumları tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, vətəndaşlar postlardan yayınaraq işğaldan azad olunan ərazilərə daxil olur və bunun nəticəsində mina və partlamamış hərbi sursat təhlükəsi riskinə məruz qalır.
Baş Prokurorluq, DİN və ANAMA bir daha əhaliyə xəbərdarlıq edərək, xüsusi icazə olmadan işğaldan azad olunmuş ərazilərin minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənənədək həmin bölgələrə səfər etməmələrini xahiş edir. -0-
Cəmiyyət
-
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi Astara rayonunun Sım kəndində keçirdiyi növbəti əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsilə məşğul olan kənd sakinləri Xətai Xalıqov və onun qohumu Afşin Salayevi saxlayıblar. Bu barədə Daxili İşlər Nazirliyinin məlumatında deyilir.
-
Son dövrlər Azərbaycan bir sıra Şərqi Avropa, Asiya və Afrika ölkələri ilə vizasız gediş-gəliş haqqında saziş imzalayıb. Məsələn, bu ayın əvvəli, mayın 4-də Mərakeş, Qambiya (Afrika), mayın 6-da isə Albaniya (Şərqi Avropa) ilə Azərbaycan arasında viza tələbi aradan qaldırılıb.
-
Azercell-in ev sahibliyi etdiyi “M360 Eurasia 2024” tədbirinə qeydiyyat davam edir May ayının 15-i “GSMA M360 Eurasia 2024” konfransının açılışı baş tutacaq. Bakıda ikinci dəfə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və “Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə keçiriləcək bu tədbir çərçivəsində 2 gün ərzində maraqlı məruzələrin və panel iclaslarının yer alması gözlənilir. Tədbir çərçivəsində rəqəmsal dövrün ən aktual tendensiyaları ətrafında fikir mübadiləsi aparılacaq.
-
Mayın 14-də Bakıda və Abşeronda dəyişkən hava şəraiti davam edəcək, güclü şimal-qərb küləyi əsəcək. Səhər və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacaq.
Rəy yaz